Gündəm

Yelo Bankın müharibə iştirakçısı ilə məhkəmə QALMAQALI davam edir
MUMtv.az: -
Yelo Bankın müharibə iştirakçısını 100 manat borca görə məhkəməyə verdiyini xəbər vermişdik. Söhbət 97 gün Xocavənd istiqamətində döyüşən Ərəstun Əbilzadədən gedir.

Yelo Bankın mətbuat katibi Ayxan Şıxlınski Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verib. O, deyib ki, müştəri haqqında məlumatlar, onun həqiqətən müharibə iştirakçısı olub-olmaması, eləcə də iddiası və bu səbəbdən götürdüyü kredit üzrə ödənişi etməməsi ilə bağlı məsələ aidiyyatı qurumlarımız tərəfindən dəqiqləşdirilir.

"Məlumat təsdiqlənsə, müştəri ilə ayrıca görüş keçirib, iddiasına bir daha baxılacaq. Bu haqda əlavə məlumat verəcəyəm”.

Bank rəsmisi əlavə edib ki, Yelo Bank cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi ilk gündən ordumuza dəstək kampaniyaları təşkil edib:

"Ordu bölmələrimizin maddi texniki təminatının yaxşılaşdırılması məqsədilə ilkin yardım üçün nəzərdə tutulan tibbi ləvazimatlar və isti geyimlər tədarük edilərək ön cəbhədə vuruşan əsgərlərimizə və hərbi hospitallara göndərilib. Bundan əlavə, Yelo Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı”, deyə Ayxan Şıxlınski qeyd edib.

Xatırladaq ki, Ərəstun Əbilzadə Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib. Müharibədə olduğu 97 gün müddətində məlum səbəbdən borclarını gecikdirib.

Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıdandan sonra gecikdirdiyi aylıq borclarını ödəsə də, bank bununla kifayətlənmir. Yelo Bank müharibə iştirakçısına faizin ödənilməsi üçün 10 gün vaxt qoyub.

Ərəstun Əbilzadə 13 may 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 2010-cu ildə orta təhsilini bitirərək Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.

Burada Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisası üzrə təhsil alıb. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə gedib. Müddətli həqiqi hərbi xidmətdən sonra 2015-ci idlə ASCO-nun "Ramiz Hacıyev” gəmisində matros kimi işə başlayıb.

Ərəstun Əbilzadə Vətən müharibəsində iştirak edən 58 nəfər ASCO əməkdaşından biridir. 44 günlük haqq savaşında qəhrəmanlıqla, böyük qürurla döyüşüb.//Bizim.Media

Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər