Gündəm

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovla biznesmen tanışı, 1955-ci il təvəllüdlü Lyubov Vladimirovna Bağırovanın məhkəmə çəkişməsi sona çatıb.

"MUMtv.az" Musavat.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən iclasda Lyubov Bağırovanın apellyasiya şikayəti təmin edilməyib.

Lyubov Bağırova ötən ilin sentyabrında agentliklərin birinə müsahibə verib. Həmin müsahibədə Elton Məmmədovu qəzəbləndirən fikirləri yer alıb. Bundan sonra Elton Məmmədov Nəsimi Rayon Məhkəməsinə üz tutaraq “Nazir qardaşının adı çəkilən iş haqda” adlı həmin məqalədə təhqir olunduğunu iddia edib.

Həmin məqalədən sitat: “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan Elton Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də Lyubov Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə “Azəryolservis” ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmən ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”.

Elton Məmmədov isə onun barəsində yazılanların böhtan və təhqir olduğunu iddia edib. Məhkəmədə özünü müdafiə edən 69 yaşlı sahibkar Lyubov Bağırova Elton Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bildirib:

“Ərim Elxan Bağırovla birlikdə 2005-ci ildə MMC-ni təsis edərək həmin dövrdə Milli Məclisin deputatı olan Elton Məmmədovla Rusiyanın müxtəlif zavodlarından yol təsərrüfatında istifadə edilən ağır texnikanın Azərbaycana idxalı ilə bağlı birgə biznes fəaliyyətilə məşğul olmuşuq. Elton Məmmədov bizə texnikanın alqı-satqısı ilə bağlı müqavilələrin bağlanması üçün rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək 2012-ci ilin iyun ayında 1,4 milyon ABŞ dolları, 2014-cü ilin dekabr ayında 1,2 milyon ABŞ dolları, 2015-ci ilin avqust ayında isə 400 000 manat məbləğində pul alıb. Həmçinin 2012-ci ildə mənə məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən əmlak kompleksi alqı-satqı yolu ilə digər vəzifəli şəxsin adına rəsmiləşdirilib”.
Elton Məmmədov isə ifadəsində Lyubov Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib:

“Mən də uzunmüddətli dostluq münasibətlərini nəzərə alaraq əmək fəaliyyəti nəticəsində əldə etdiyim əmlaklarımdan onlara təmənnasız əmlak vermişəm ki, satıb borclarını ödəsinlər və maddi imkanları düzəldikdən sonra qaytarsınlar. Barəsində şikayət etdiyim Lyubov Vladimirovna onlara göstərdiyim maddi və mənəvi köməyə görə mənə yazılı minnətdarlıqlarını da bildirib. Lakin ilkin olaraq xahiş kimi edilən hərəkətlər sonralar hədə-qorxu ilə pul tələb etmə ilə əvəzləndi. Lyubov Bağırova təkidlə məndən əlavə borc pul tələb etməyə başladı, tez-tez çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının binasına və evimə gəlib belə hərəkətlərini davam etdirirdi. Ona pul verməyə imkanımın olmadığını bildirdikdə, məni guya onları müflis etmək, pullarını mənimsəməkdə hədələdi. Barəmdə hüquq-mühafizə orqanlarına şikayətlər edəcəyini, böhtan atacağını söylədi. Lakin mən bir ziyalı, dövlət qarşısında xidmətləri olan şəxs kimi dövlətə, qanunlara güvənərək onlara əhəmiyyət vermirdim. Elxan Bağırovun ailəsi ilə vaxtında dostluq etdiyimdən Lyubov Bağırovaya qarşı şikayət etmirdim. Bununla belə, Lyubov Bağırova müxtəlif informasiya saytlarında məqalə dərc etdirərək mənə böhtan atıb, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu qəsdən alçaldıb. Məni ağır cinayətdə ittiham etməklə öz qanunazidd hərəkətlərini davam etdirib”.

Nəsimi Rayon Məhkəməsi Lyubov Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib. Lyubov Bağırova barəsindəki qərarla razılaşmayaraq apellyasiya şikayəti vermişdi. Qeyd edək ki, Elton Məmmədov deputatlıqdan sonra AzTU-nun strateji inkişaf üzrə prorektoru, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru kimi vəzifələrdə də çalışıb.


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər