Gündəm

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində rüşvətxorluq davam etdirilir.

"DogruXeber.az" qeyd edir ki, bu barədə dəfələrlə portalımızda məlumatlar və faktları yayımlasaq, aidiyyatı üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş prokurorluğuna müraciətlər ünvanlasaq da sözügedən tibb müəssisəsində müsbətə doğru heç nə dəyişməyib. Bunu son günlər tez-tez sosial şəbəkələrdə yayımlanan vətəndaş müraciətlərdən də aydın görmək olar. Hətta, ötən həftə öz əməkdaşımızın ailə üzvlərindən müayinə üçün sözügedən tibb müəssisəsində olublar və onlardan da müayinə aparatlarından keçmək üçün pul tələb olunub.



Görkəmli akademikin adını daşıyan tibb müəssisəsində bu cür aşkar şəkildə rüşvətxorluq dahi şəxsiyyətin adına hörmətsizlikdir ki, buna da müəssisənin direktoru Elmar Qasımov və baş həkimi Aygün Məmmədbəyli özləri şərait yaradır.

Xatırladaq ki, bir neçə ay əvvəl Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədov redaksiyamıza müraciət edərək, anadangəlmə gözdən əlil olan xanımı Gülxanım Məmmədovanın müayinə nəticələrinin ağırlaşmış dərəcədə yazmaq üçün ondan 1800 (min səkkiz yüz) manat pul tələb olunduğunu bildirmişdi.

Əjdər Məmmədovun sözlərinə görə, xanımının anadangəlmə görmə qüsurlu olduğunu xatırladanda, onlardan pul tələb edən tibb bacısı Günel Həsənova, "istəyirsən bir gözün lap kor olsun, pul verməsən mümkün deyil, pensiya vermirlər" cavabını verib.

Bu göz klinikasında rüşvəti yığanlar və mənimsəyənlər...

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

"Pulunu ver, pensiyanı al" - Bu tibb müəssisəsi "ödənişli kömək" təklif edir

Biz bütün bunlar barəsində Aidiyyatı üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Baş prokurorluğa dəfələrlə rəsmi sorğular, eləcə də ödəniş qəbzlərinin fotolarını göndərdiyimizə baxmayaraq Səhiyyə Nazirliyi şikayətçi və faktlara rəğmən güya araşdırma apardığı və məlumatın təsdiqini tapmadığı qeyd olunan şablon cümlələrdən ibarət məktub göndərdi, prokurorluq isə ümumiyyətlə susdu.

Halbuki, elə rəsmi xəbərlərə nəzər saldıqda baş prokuror hörmətli Kamran Əliyevin korrupsiya və rüşvətxorluqla mübarizədə nə qədər həssas, nə qədər məsuliyyətli olduğunu görürük. Görünür, Kamran müəllimin etimad göstərib vəzifəyə təyin etdiyi ərazi üzrə səlahiyyət səhibləri hansısa bizə məlum olmayan səbəblərdən məsələyə aydınlıq gətirmək istəmir.

Məhz bu səbəbdən də biz yenidən mövzuya qayıdaraq, bu dəfə Səhiyyə naziri Teymur Musayev və Baş Prokuror Kamran Əliyevə portalımız vasitəsilə üz tutduq ki, Milli Oftomologiya Mərkəzində cərəyan edən korrupsiya və rüşvətxorluğun şəffaf şəkildə araşdırılması və sözügedən müəssisənin rəhbərliyindən tutmuş, əli rüşvətə alışan Günel Həsənova kimi digər tibb işçilərinə qədər hər biri barəsində qanuni tədbir görülməsini müvafiq şöbədən tələb etmələrini xahiş edək.
Əgər bu şəxslər lazımi qaydada cəzalandırılarsa, bunun oxşar şəkildə çalışan digər istər dövlət, istərsə də özəl tibb müəssisələrinin böyük əksəriyyətinə nümunə olacağını, qanunsuzluq hallarının qismən azalacağını güman edirik.

Qeyd: Özəl demişkən, qeyd edək ki, redaksiyamıza müraciət edən Əliyeva Vüsalə Şəmsəddin qızının müraciəti əsasında Modern Hospitalın həkimi Elvina Səlimova, Memorial hospitalı və "Bi-Es" VİP estetik mərkəzində çalışan Günel adlı kosmetoloq barəsində Ombudsman aparatının rəhbəri Səbinə xanım Əliyeva və Səhiyyə Nazirliyinə ünvanladığımız müraciətdən sonra Vüsalə xanım ötən həftə nazirliyə dəvət olunub, Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyovun qəbulunda olub. Fazil müəllim xanıma məsələnin artıq şəxsən nəzarətində olduğunu və tezliklə sözügedən tibb müəssisələri və özünü həkim-kosmetoloq kimi təqdim edən Günel adlı xanım barəsində qanuni tədbir görüləcəyini bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin araşdırması nəticəsində Günel xanımın bu sahədə çalışmaq üçün heç bir səlahiyyətinin olmadığı aydın olub.

Bundan əlavə, Fazil Hüseynbəyov Modern Hospitalın, eləcə də hospitalın həkimi Elvina Səlimovanın onkoloji şübhəli cərrahi əməliyyatları icra etmək ixtiyarlarının olmadığını, yalnız Milli Onkologiya Mərkəzinin bu kimi xəstələri müayinə və müalicə etmək səlahiyyətinə sahib olduğunu deyib.

Burdan da belə məlum olur ki, Modern Hospitalı kimi bütün özəl tibb müəssisələri pul qazanmaq xatirinə insanların həyatlarına bu cür "qəsd edirlər".

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az




Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər