Gündəm

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

MUMtv.az: - 5-ci siniflər üçün yeni Azərbaycan dili dərsliyi çap olunub. Dərslik iki hissədən ibarətdir. Dərsliyin ikinci hissəsi 6-cı sinfin dərsliyi ilə eynidir.

Hal – hazırda 6-cı sinfə tədris edilən mövzuları həm də 5-ci sinfə tədris edirlər.

Bir neçə il əvvəl tədris edilən ədəbiyyat dərsliyini çıxarmışdılar və başqa mövzuların əlavə olunduğu bir kitab çap edib buraxmışdılar istifadəyə.
Əvvəlki dövriyyədən çıxardıqları ədəbiyyat dərsliyini eynilə yeni nəşr adı ilə çap edib şagirdlərin istifadəsinə veriblər.

Məsələ ilə bağlı Tribunainfo.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirdi ki, nəzərinizə çatdırım ki, Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq olaraq hər il dərsliklərin yenilənməsi ilə bağlı aidiyyatı üzrə Təhsil İnstitutuna və digər tabe qurumlara bildirilir.

Ekspertin sözlərinə görə, “ilk növbədə pilot layihə olaraq dərsliklər nəşr olunur. Pedeqoji heyətə, o cümlədən bəzi məktəblərdə tədrisinə icazə verilir ki, müəyyən çatışmazlıqları görüb onları aradan qaldırsınlar. Sonra isə təkrar ümumi, daha çox tirajla nəşri nəzərdə tutulur. Hal-hazırki qeyd olunan dərsliklərdə təəssüf ki, belə məqamlar var. Təəssüf ki, 6-cı sinfə aid olan informasiya 5-ci sinfdə də olduğu kimi verilib.

Vaxtilə dərslikdən çıxarılmış hissə təkrarən yeni dərsliyə salınıb. Görünən ondan ibarətdir ki, burada texniki səhv gedib. Yaxud da müəllif bilərəkdənmi yoxsa bilməyərəkdənmi belə bir xətaya yol verib. Bu şagirdlər arasında, eyni zamanda müəllimlər arasında çaşqınlıq yaradır.

Düşünürəm ki, aidiyyatı qurum və tabe qurumlar məhz bu fikri əllərində əsas götürüb növbəti nəşrdə belə yaranan texniki qüsuru yaxud çatışmazlığı aradan qaldırmalıdır. Çünki belə dərslikdə valideyn təsəvvür edin bu dərsliyi alacaq sonra biz elan edəcəyik ki, dərslikdə xəta var.

Təkrarən yenə də bu problem aradan qaldırılandan sonra yenidən nəşr olunacaq və valideyn məcburdur həmin nəşri təkrarən alsın. Bu isə əlbəttə ki, yolverilməzdir. Çünki valideyn maliyyə cəhətdən xeyli itkiyə məruz qalır. Bunu da mənim fikrimcə Elm və Təhsil Nazirliyi nəzərə almalıdır ki, bu kimi xətalar olmasın”.

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər