Cəmiyyət

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir”.Mumtv.az bildirir ki, bufikirlərTəhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələrinin yer aldığıməqalədə bildirilib.

Məqalədə göstərilibki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür:"Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır”.

 

Qeyd olunub ki, müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan "sarı” və "narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir:

"Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.

Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.

Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.

Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır”.

Məqalədə uşaq bağçaları ilə bağlı da məlumatlar yer alır. Bildirilir ki,uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız "sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur. İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Təkliflərdə qeyd olunur ki, ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində məsafədən təhsil formasında davam etdirilməsi təklif olunur. Məsafədən təhsil formasına dair tədris vəsaitləri və resurslar mövcud proqramlara uyğun olaraq hazırlanması tövsiyə olunur.

(Lent.az)


13-08-2020, 17:47

Son xəbərlər

Ələt azad iqtisadi zonasının ərazisi genişləndiriləcək (FƏRMAN)

Binəqədi rayonunda bu tikintidən heç bir qurumun məlumatı yoxdur? -Videofakt

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər

İcra başçılarının maaşı narazılıq doğurdu – təklif

Yeni icra başçısı köməkçisini işdən çıxardı

İcra başçısı həbs ediləndən sonra zibil qutuları yığışdırıldı - SƏBƏB

Bakıda şort geyindiyi üçün anasını qətlə yetirən HAKİM QARŞISINDA

Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Bu vəsaiti kimlər ala biləcək?

Bina evində yaşayanlar bələdiyyələrə VERGİ ÖDƏMƏLİDİRLƏR — AÇIQLAMA

Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıblar

Əli Həsənovun acgözlüyü: Naxçıvandakı “Şəhidlər Binası”ndan da ev mənimsəyib

Qazsızmadan partlayan plazanın qarısındakı yolu AAYDA çəkirmiş

İranlı deputat: “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək”

Azərbaycanda məlumat anbarı və gölü yaradılacaq

ABŞ və Ukrayna nümayəndələri yeni sülh planı hazırladı

İlham Əliyev forum iştirakçılarına müraciət etdi

İnternetdə fahişəliyə çağırış edənlər cərimələnəcək

Partlayışda xəsarət alanlardan 4-ü başqa xəstəxanaya köçürülüb – RƏSMİ

Müdafiə Sənayesi Nazirliyi 12 ədəd maşın alır

“Narahatlığa heç bir əsas yoxdur” – MN

Azərbaycan hərbçilərini Qəzzaya göndərməyəcək

Zelenskidən Cenevrə danışıqlarının ilkin nəticələri ilə bağlı açıqlama

ABŞ üçtərəfli görüşdən imtina edib - KİV

Sular çəkildi, qədim kənd üzə çıxdı - VİDEO

Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı

Tramp Vensin dostunu elçi təyin etdi: Amerikalı generallar Moskvaya gedir

ABŞ-də atışma oldu

Prezident açılış etdi - FOTOLAR

“Valensiya” “Levante”ni məğlub etdi

Direktorların işə qəbulu zamanı üstünlük veriləcək namizədlər müəyyənləşdi

Həftəsonu səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!

Bütün xəbərlər