Gündəm
Gündəm / Dünya / Təhsil
Türkiyə məktəblərində ənənəvi tədris bərpa olunur
MUMtv.az: - “Məktəbləri açıq saxlamaq prioritetdir”.
Bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer söyləyib.
Onun sözlərinə görə, 2021-2022 tədris ili üzrə bütün səviyyə və siniflərdə məktəblər 6 sentyabr tarixində ənənəvi qaydada tədrislə açılacaq.
Nazir bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə bütün tədbirlər görülüb.
“Müəllimlərə lazımi tədbirlərlə bağlı seminarlar veriləcək. Hazırda məktəbləri açıq saxlamaq bizim prioritetimizdir. Şagirdlərimizi qorumalıyıq”, – o qeyd edib.