Təhsil

Yeni dərsliklər Sinqapur modelli olacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Dünyanın sürətlə inkişaf edən təhsil sistemlərində keyfiyyət dəyişikliklərinin əsasında dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlarının yenilənməsi durur. Son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik olan Sinqapurun bu sahədə əldə etdiyi nailiyyətlər də ciddi maraq doğurur.

Mumtv.az xəbər verir ki, Təhsil Nazirliyi də belə bir zəmində dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa geniş önəm verir. Və bu sahədə artıq ilkin addım atılıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. 

Azərbaycanın təhsil və elm ictimaiyyətinin tanınmış nümayəndələri Sinqapur modelli dərsliklərin hazırlanması təşəbbüsünə müsbət yanaşır və bu təklifin təhsilimizə töhfə verəcəyini söyləyirlər. Onlardan aldığımız rəylər də maraqlıdır. 

 

Professor Rafiq Əliyev deyir ki, PISA, TIMSS və PIRLS kimi ümumi təhsil üzrə aparılan tədqiqatların nəticəsindən yola çıxan Təhsil İnstitutu artıq ötən ildən təşəbbüsü ələ alaraq beynəlxalq standartlara cavab verən təhsil proqramları və dərsliklər hazırlamağa başlayıb. O,  təhsildə nailiyyətləri ilə fərqlənən Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanacaq "Təbiət” dərsliyinin də ictimaiyyət və təhsil icması tərəfindən müsbət qarşılanacağına əminliyini ifadə edir. 

Professor Hamlet İsaxanlının fikrincə, Təhsil institutunun təbiət elmləri və riyaziyyat üzrə təkmilləşdirəcəyi dərsliklər bu fənlərin tədrisinə yeni yanaşma gətirməklə bərabər şagirdlərimizin də PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yüksək nəticə göstərmələrinə səbəb olacaq:

"Bu gün həmin tədqiqatlara texnologiya və sənayedə öz sözünü demiş Sinqapur, Koreya kimi ölkələr liderlik edir. Təhsil və iqtisadiyyat arasındakı korelasiyaya baxsaq, burada güclü təhsil ilə silahlanmış insan kapitalının əməyini rahatlıqla görmək olur”.

Bakı Mühəndislik Universitetinin dosenti Elçin Süleymanov hesab edir ki, Sinqapur təhsil sistemi dünya reallıqlarına və hədəflərinə ən çevik reaksiya sərgiləmiş, Asiya regionunun ən təşəbbüskar, yenilikçi ölkəsidir: "Sinqapurlu şagirdlərin son illərdə beynəlxalq qiymətləndirmələrdə uğurlar qazanmasının bir amili də məktəb dərsliklərinin keyfiyyətli, müasir çağırışları tam ehtiva etməsidir. Bu mənada Təhsil Nazirliyinin dərsliklərin modernləşdirilməsi sahəsində təşəbbüsünü çox yüksək qiymətləndirirəm”. 

AMEA-nın dosenti Əfsun Suçayev qeyd edir ki, son illərdə ümumtəhsil şagirdlərinin təbiət elmləri sahəsində biliklərinin inkişaf etdirilməsi zərurəti dünya təhsil sistemində bir trend halını alıb:

"Məhz elmi nailiyyətlər ölkələrin rəqabət qabiliyyətliliyinin güclənməsinə xidmət edən güclü faktora çevrilib. Bu faktor Sinqapurun təhsil sistemində gördüyümüz uğurların əsasında dayanır. Bu uğurlar Sinqapuru dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahiblik edib. Buna görə də Təhsil Nazirliyinin təşəbbüsünü çox vacib və uğurlu hesab edirəm". 


Son xəbərlər

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Bütün xəbərlər