Gündəm

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Putinin Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrin “qırmızı xətt”ə çevrilə biləcəyinə, bundan sonra alyansın Rusiya Federasiyası ilə müharibə vəziyyətinə düşəcəyinə dair bəyanatlarına şübhə ilə yanaşır.

"MUMtv.az" xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq Rusiya prezidentinin bir çox digər təhdidləri kimi bunu da saxta adlandırıb.

O xatırladıb ki, Putin əvvəllər “qırmızı xətlər” haqqında bir neçə dəfə danışıb, lakin onları keçdikdən sonra Moskvadan heç bir reaksiya olmayıb. “O, bunu etməyə cəsarət etmədi, çünki başa düşür: NATO dünyanın ən güclü hərbi ittifaqıdır. Bundan əlavə, Rusiya anlayır ki, nüvə müharibəsində qalib gəlmək olmaz və bu müharibədə iştirak qəbuledilməzdir. Biz bunu dəfələrlə Putinə çatdırmışıq”, – Stoltenberq “The Times” qəzetinə müsahibəsində vurğulayıb. 

NATO-nun baş katibi qeyd edib ki, Putin hazırda Rusiya, Çin, İran və Şimali Koreya kimi avtoritar dövlətləri Ukrayna müharibəsi ətrafında birləşdirməyə çalışır, lakin Moskva getdikcə Pekindən asılı vəziyyətə düşür.

"Sözügedən ölkələrin alyansında aparıcı rolu Kremlin əsas dəstəkçisi olan Çin oynayır",- Stoltenberq əlavə edib. O xatırladıb ki, məhz Çin Rusiya hərbi iqtisadiyyatını, o cümlədən Ukraynada istifadə olunan raket və bombaların istehsalı üçün istifadə olunan mikroelektronika və mikroprosessorları tədarük etməklə fəal şəkildə dəstək verir.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər