Gündəm

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? -  FOTO

MUUMtv.az: - Azərbaycanda bir sıra hökumət strukturları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirləri, həmçinin abadlıq işləri keçirirlər. Aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilir. Gözlənilən nəhəng beynəlxalq tədbir ərəfəsində paytaxtın küçə və prospektlərdə yol infrastrukturu yenidən qurulur.Ancaq müşahidələr göstərir ki, hazırki vəziyyəti tədbirlərin həyata keçirilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitdən oğurlamaq, ciblərini doldurmaq üçün fürsət kimi dəyərləndirənlər də vardır. Bu günlərdə “Mediatv.az” portalı redaksiyasına daxil olmuş informasiyaya görə, COP 29 tədbirləri çərçivəsində şəhərin mərkəzində aparılan yol inşaat işləri zamanı qoparılan köhnə asfalt örtüyünün Bakıətrafı qəsəbələrdə məhəllədaxili yollara, darvazalarının ağzına asfalt döşətdirmək istəyən vətəndaşlara satılması halları yer almaqdadır. Məlumatda bildirilir ki, paytaxtın Suraxanı rayonunun Samir Əliyev küçəsində iki işbaz(əlaqə telefonları məlumdur) özünü 7 saylı Yol İstismar İdarəsinin əməkdaşı kimi təqdim edərək, idarə rəisi Müşfiq İmranovun adından hərəkət etdiyini deyir, kavadrat-metri 3.50 manatdan 5 sm qalınlıqda döşətdirəcəyi vədi ilə 50-dən artıq vətəndaşı aldadıb.Suraxanı rayonunun Samir Əliyev küçəsin sakinləri işbazlar tərəfindən aldadıqlarını və onların gördükləri işdən narazı qaldıqlarını bildirirlər.Sakinlərin verdiyi məlumata görə işbazlar onları aldatmış,gördükləri işləri təhvil vermədən pulu alıb "aradan çıxmışlar".Məsələ burasındadır ki, o, müştərilərlə söhbətində keyfiyyətsiz asfaltın mənbəyini gizlətmir və hətta bu barədə işbazların Tik-Tok sosial şəbəkə platformasında açdıqları səhifədə də açıq-açığına bildirilir. Maraqlıdır ki, yenilənmmə işləri nəticəsində qoparılmış köhnə asfalt qırıntısının harada və neçəyə, hansı hökumət qurumu tərəfindən satılması barədə rəsmi mənbələrdə elan və heç bir məlumat yoxdur. 7 saylı Yİİ-nin adından istifadə edilərək qanunsuz asfaltlama işlərinin özü də məhz idarənin texnikası ilə görülməsinə münasibətini öyrənmək üçün İdarənin baş mühəndisi ilə telefon əlaqəsi saxladıq və suallarımızı bildirdik. Baş mühəndis təmsil etdiyi idarənin elə bir işçisi olmadığını, ümumiyyətlə, idarənin bu işlə heç bir bağlılığının olmadığını söylədi.Lakin az sonra aldadılmış vətəndaşlardan öyrəndik ki, jurnalistlərin işə qarışmasından xəbər tutan işbazlar təşvişə düşüblər.Sual oluna bilər,əgər bu işbazlar 7 saylı yol idarəsi ilə əlaqədə deyilsə,bizim idarəyə zəngimizi haradan bilirlər? Düşünməyimiz əsaslıdır ki, onların vurnuxmaları məhz baş mühəndislə söhbətimizin nəticəsidir, xəbər də onlara idarənin özündən verilib.

Görəsən bu işbazlar görəsən nə adı altında fəaliyyət gösdərirlər və onların fəaliyyəti hansı qanunla tənzimlənir?

Bu asfalt qırıntıaını haradan və neçiyə alırlar?İşçilərlə hansı əmək müqaviləsi vardır?Onlar özlərinə aid Tik-Tok sosial şəbəkə platformasında açıq aşkar asfalt qırıntısı ilə yol təmir etdiklərini reklam etməkdən belə çəkinmirlər.Belə işbazların dalında görəsən hansı qüvvələr durub?

İndi söz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Saleh Məmmədovun və hüquq-mühafizə orqanlarınındır. Bəlkə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və hüquq-mühafizə orqanlarının işə müdaxiləsindən sonra suallarımıza cavab tapa bildik.Onu da xatırladaq ki,7 saylı Yİİ-nin rəisi Müşfiq İmranov, Yol İstismar sahəsində uzun müddət rəhbər vəzifədə çalışmış Zahid Nuriyevin kürəkənidir.

Mövzuya qayıdacağıq.

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? -  FOTO

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? -  FOTO

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? -  FOTO

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? -  FOTO


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər