Gündəm

Azərbaycan İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransda təmsil olunub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev cari ilin 21 iyun tarixində Maltada keçirilmiş ATƏT-in Malta Sədrliyinin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransında iştirak edib.

"MUMtv.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Konfransda iqlim dəyişikliyinin ATƏT ərazisində təhlükəsizliyə təsirləri, hazırkı durum və iqlim dəyişikliyi ilə birgə mübarizə imkanları müzakirə olunub. Konfransda çıxış edən nazir müavini Fariz Rzayev Azərbaycanın da iqlim dəyişikliyinin təsirinə məruz qaldığını qeyd edərək bu çağırış ilə mübarizə xüsusunda görülən işlər barədə məlumat verib. Azərbaycanın ATƏT-in Nazirlər Şurası tərəfindən 2021-ci ildə Stokholmda qəbul edilmiş iqlim dəyişikliyinin törətdiyi çağırışlarla mübarizə üçün əməkdaşlığın gücləndirilməsinə dair qərarı dəstəklədiyi qeyd olunub, ölkəmizin ATƏT-in bir neçə regional layihəsində fəal iştirak etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanın uzun sürən hərbi işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi, burada ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiq edilməsi nəzərdə tutulur. Bu isə iqlim dəyişikliyi ilə mübarizə səylərinə töhfə verəcəkdir.

Nazir müavini 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək ölkəmizin həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirib. COP29 ilə bağlı ölkəmizin baxışı barədə məlumat verilib, bu tədbirin iqlim dəyişikliyi ilə mübarizə xüsusunda beynəlxalq səylərə töhfə verəcəyi qeyd olunub.

Konfrans çərçivəsində nazir müavini Fariz Rzayev həmçinin ATƏT-in Baş katibi Helqa Şmit və Maltanın Xarici və Avropa İşləri və Ticarət Nazirliyinin Daimi Katibi Kristofer Kutajar ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.//Trend


Son xəbərlər

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

İlham Əliyev Ceyms O’Braynı qəbul etdi

Naxçıvanın 5 min illik tarixinin daha bir nümunəsi aşkarlandı - VİDEO

Faiq Qürbətovun başçılıq etdiyi Biləsuvarda qanunlar hələ də pozulur.Başçı “gözü çıxmış qardaşından” ibrət götürmək istəmir…

Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi… – ŞÜBHƏLİ TƏYİNAT… ŞÜBHƏLİ “ETİMAD”…

Rafil Hüseynovun birinci müavini olmaq üçün 111 min manat verdi

Bu il Xocavəndə 53 ailə köçürüləcək

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək

Laçına növbəti köç karvanı yola salındı

İranda prezident seçkiləri keçirilir

Bu şəxslər 1000 manatdan yuxarı maaş alacaq

MTN-dəki ŞƏBƏKƏNİN DAHA BİR CİNAYƏTİ – AMA ASC-ni zəbt edən dəstənin havadarı kimdir?

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib

Rövşən Rüstəmov xanım işçilərə yaxşı ki QATAR BAĞIŞLAMAYIB… – HƏQİQƏTƏN DƏ…

Saleh Məmmədov və qudası Əflatun Qasımov Dövlətin pulunu belə mənimsəyir

İşdən çıxan meşə gözətçisi şok faktlar açıqladı – GÖRÜNTÜLƏR

ABŞ Azərbaycanı NATO sammitinə dəvət etməyi planlaşdırır

Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -ŞOK FAKTLAR

"Ermənilər Qarabağa qayıtmaq istəyirsə, azərbaycanlılar Qərbi Zəngəzura qayıtmalıdır"

"Sülh müqaviləsinin mətnini demək olar ki, yekunlaşdırmışıq" - Mirzoyan

General Füzuli Salahov təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi

Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur - Qərar verildi

Simonyan Latviyada Azərbaycanla sülh müqaviləsini müzakirə etdi

Prezident İnger Andersonu qəbul edib

Bütün xəbərlər