Gündəm

Avtosalon müştərisi
Ölkədə nağdsız hesabalaşmaları stimullaşdırmaq məqsədilə həyata keçirilən "ƏDV geri al” kampaniyası gün-gündən vüsət alır. Ödənişləri nağdsız qaydada aparmaq "ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV geri alırlar.

Vətəndaş Rəşad Məmmədli Marja-ya müraciətində bildirib ki, "ƏDV geri al” kampaniyasından neçə illər arzusunda olduğu "BMW 528 " avtomobilinin alışı zamanı yararlanmaq istəyib:
"Bakı şəhəri Tbilisi prospektindəki "İST petrol” yanacaq doldurma məntəqəsinin (YDM) nəzdində olan "İST CARS” avtosalonundan "BMW 528 " avtomobilini almaq istədim. Salonda bütün avtomobillərə qiymətlər ABŞ dolları ilə qeyd olunmuşdu. Salonda 23800 dollara BMW 528 bəyəndim. Salonun Azər adlı işçisi ilə danışıqlar apardım. Qiymətdə razılaşdıq. Mən fikirləşdim ki, ödənişi bank kartı vasitəsi ilə edim və "ƏDV geri al” kampaniyasından 700- 800 manata yaxın qazanc əldə edim. Amma mənə bildirildi ki, salonda nə nəzarət kassa aparatı, nə də POS-terminal vardır. Mən ""İST Petrol”da kassa da, POS-terminal da var. Sizdə niyə yoxdur?” soruşdum. Azər adlı işçi bildirdi ki, "bizim YDM-ə aidiyyatımız yoxdur. Müdirimiz Elvin müəllim salonu icarəyə götürüb”.

Mən çox təəccübləndim. Ölkədə hər bir kiçik köşkə kassa aparatı, POS-sterminal qoyulduğu halda milyonlarla manat dövriyyəsi olan avtosalonda nə kassa aparatı, nə də POS-terminal var. Bugünki gündə azad olunmuş torpaqlarımızın bərpası, yaralı qazilərimizin müalicəsi üçün büdcəyə daxil olan hər bir qəpiyin əhəmiyyətli olduğu vaxtda Bakı şəhərinin mərkəzi yerlərindən birində, gözqabağında büdcədən yüz minlərlə manat vergi yayındırılır. Çox maraqlıdır Vergi əməkdaşları bu salonu niyə görmək istəmirlər?!”.

Məsələ ilə ilə əlaqədar "İST CARS” avtosalonu ilə əlaqə saxladıq. Avtosalonun rəhbəri Elvin Quliyev Marja-ya bildirdi ki, "İST CARS” fiziki şəxs tərəfindən istifadə edilən brenddir və həmin şəxs əlavə dəyər vergisi (ƏDV) ödəyicisi deyil:

"Biz avtomobillərin idxalı ilə məşğul olmuruq, avtomobilləri daxili bazardan alıb satışını həyata keçiririk. Avtomobillər daxili bazardan alındığından ƏDV ödəmirik. Bizim onlayn kassa aparatımız mövcuddur və Dövlət Vergi Xidmətinin bazasına qoşulub. Lakin biz avtomobilləri aldığımız zaman ƏDV ödəmədiyimizdən, müştərilərimiz də ƏDV ödəmirlər, bu səbəbdən ƏDV də qaytarılmır”.

Elvin Quliyev POS-terminallarının olmamsı ilə əlaqədar bildirdi ki, istəyən müştəri avtomobilin dəyərini nağdsız şəkildə bank hesablarına ödəyə bilər: "Müştəri bizə nağdsız ödəmə etmək istədiyini bildirən zaman ona ilkin müqvilə təqdim edirik. O, notarius vasitəsilə müqavilə əsasında bizə nağdsız ödəniş edə bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Bakı şəhərində fəaliyyət göstərən avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələri 01 İyul 2019-cu il tarixinədək, regionlarda fəaliyyət göpstərən avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələr isə 01 Oktyabr 2019-cu il tarixinədək e-kassa-ya keçməli idi.

Son xəbərlər

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bütün xəbərlər