Gündəm

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

MUMtv.az: - Azərbaycan təhsili "Ac hərflər" teletamaşasına oxşayır. Bu sistemdə acgözlük, tamahkarlıq iyrəndirir. Çünki müəllim adından bəhs olunur. Müəllim ziyadır, işıqdır, dəyərdir deməklə olmur, indi məktəb direktorları, sinif rəhbərləri lombard biznesinə girişib, sələmə pul verir, valideyn komitələrinin əli ilə 5 oktyabr və 8 mart pulları yığdırır, sinif otaqlarını təmir etdirir, təbaşirdən tutmuş silgiyə qədər, jalüzdən lampaya xərcini valideynlərdən çıxarır. Belə iyrənc, üfunət qoxulu təhsil sistemi olarmı? O direktora, o müəllimə kim hörmət qoyar? Hələ onların seçki saxtakarlıqlarında iştirakı da bir ayrı ikrah hissi doğurur. Və kimsə sual verəndə ki, Misir Mərdanovdan bura nə dəyişib, birmənalı şəkildə demək olar - HEÇ NƏ!

Hətta Misir Mərdanov fizik, elm adamı olduğu üçün ən azından təhsilin keyfiyyətinin nə olduğunu yaxşı bilirdi. Ondan sonra Mikayıl Cabbarov, Ceyhun Bayramov, indi də Emin Əmrullayev təhsilə bər-bəzək, kosmetika belə gətirə bilmədilər. Sonuncu nazir isə təhsildə olan biabırçılıqlara hər dəfə bir don geyindirir. Cənab Emin Əmrullayev, eybəcərliklərə don biçmək lazım deyil, təhsilin donunu dəyişmək lazımdır...

Baxın: İmişlidə müəllimə ilk tədris günü küçədə şagirdlər üçün yerə palaz sərib dərs keçir, başqa bir yerə İradə müəllimə söhbəti çıxır, bütün sosial media məsxərəyə qoyur, ardınca bəlli olur ki, məktəbin birində dərs başlamamış jalüz pulu istənilir; hələ bizim öz çevrəmizdə, tanış-tunuş, qohum-əqraba içərisində nə qədər şikayətlər, narazılıqlar var - kimisi deyir ki, indidən mayda keçiriləcək ibtidai siniflə vida tədbiri üçün pul yığılır, kimisi danışır ki, sinifdə hər şagirddən 10 manat təmir pulu yığılır, kimisi dövlətin təmin etdiyi dərs vəsaitlərindən əlavə müəllimlərin valideynləri xərcə salıb yenilərini aldırmasından giley-güzar edir, kimisi də 5 oktyabr Müəllim Günü üçün neçə manatdan pul toplanmasını müzakirə edir. Nazirlik deyə bilməz ki, konkret hansı təhsil ocağından söhbət gedir, total şəkildə bu hallar mövcuddur. Valideynlərin üzərinə də məsuliyyət qoyula bilməz, çünki valideyn komitəsinin rəhbəri sinif rəhbərinə "işləyir", o da direktora. Bir piramida var və hansı sinif zəif hədiyyə verəndə sir-sifət sallayırlar, mıs-mırıq edirlər. Bu qədər sadə, bu qədər açıq, bu qədər rüsvayçılıqlarla dolu təhsil sistemimiz var. Amma Qərb sisteminə əla bələd olan nazir Emin Əmrullayev bu illər ərzində heç bir genişmiqyaslı islahat həyata keçirməyib. Misir Mərdanov dövründə hansı biabırçı ənənələr var idisə, indi də yaşadılır. Hərçənd dünya dəyişir, 2024 başa çatır, müasir trendlər meydana çıxır, texnoloji inkişaf təhsil sisteminə fərqli töhfələr verir, Çin, Vyetnam, Sinqapur, Norveç, Finlandiya, Kanada və bu kimi ölkələr təhsildə xariqələr yaradır, ən yeni nəsil yüksək səviyyədə yetişdirilir, amma biz qalmışıq sanki at-araba dönəmində, Sabir demiş, "özgələr göydə balonlarda gəzir", Azərbaycan məktəbləri isə Əmirullayevin rəhbərliyi altında pul, pul, pul haqda düşünür. Yəni bir addım da irəliləyiş yoxdur. Bu il ali məktəblərə qəbul sayında yüksək nəticəyə də aldanmayın. Əvvəla, repetitor hesabınadır, ikincisi, ballar elə aşağıdır ki, oxumayıb 250 bal yığan da hansısa universitetə qəbul olunur. Ona görə də geridəqalmış təhsil sistemində köklü islahatlar olmasa, sələmçi direktorlar və qızıl alverçisi müəllimlərlə bu siyasət davam edəcəksə, bizim şikəst təhsilimiz qanqrena verməyə başlayacaq. Hörmətlər, cənab nazir!//Anaxeber.info


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər