Gündəm

DİQQƏT! Kredit kartınızdan OĞURLUQ OLARSA… – Mütləq oxuyun
 
 
 
 

 
 
 
 

 
 

Banklar arasında rəqabətə səbəb olan ən əsas məsələlərdən biri də təhülkəsizlikdir.

Vətəndaşlar bu gün göstərdiyi xidmətlərlə yanaşı, təhlükəsizlik baxımından da etibar etdikləri banklara üz tuturlar. Lakin bəzən bank, bəzən də müştərilərin etinadsızlığı ucbatından bank hesabları kiberhücuma məruz qalır. Nəticə olaraq müştərinin kartından pul silinir.

Maraqlıdır, bank hesabından pul oğurlanan şəxslər hüquqi baxımdan hansı tədbirlər görə bilər?

DogruXeber.az bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hüquqşünas Xəyal Bəşirov bildirib ki, bankda hesab açan zaman mütləq müqavilə diqqət yetirmək lazımdır:

"Bu müqavilə maaş kartı alan zaman işəgötürən ilə bank arasında, kredit kartı götürən zaman isə bank ilə fərdi şəxs arasında bağlanır. Həmin müqavilədə bütün şərtlər, ən əsas da təhlükəsizlik məsələsi öz əksini tapır. Çünki bu gün ən aktual məsələlərdən biri təhlükəsizlikdir. Bu gün elektron qaydada istənilən şəxsin hesabına girib, oradan müəyyən məbləğ götürülə bilər. Bir sıra hallarda isə daha ağır fəsadlar da yarana bilər. Məsələn, sizin hesabınıza daxil olub, oradakı məbləği Ermənistandakı kiminsə hesabına köçürə bilərlər. O zaman bunu sübuta yetirənə qədər çox ciddi problemlər orataya çıxa bilər. Bu cür məslərlə bağlı səlahiyyət bankın üzərində olur. Təkcə sizin deyil, bankda olan digər şəxslərində depozit hesablarının, kredit əməliyyatları və digər bank kartı vasitəsilə aparılan əməliyyatarla bağlı təlükəsizliyi qorumalıdır. Bank həmin əməliyyatlarla bağlı müştərisinə zəmanət verməlidir. Yoxsa, insanlar depozitlərini niyə banka qoysun?!

Müqavilənin hazırlanmasında müştəri də iştirak etməlidir

Bu gün dünyanın istənilən yerindən 10 min kilometr uzaqlıqda olan bankda əməliyyat aparmaq mümkündür. Ona görə də, hansısa bir təhlükəsizlik məsləsi yaranarsa, buna bank cavabdehlik daşıyır. Qeyd etdiyimi kimi, müqavilədən kənar nə bank müştəridən, nə də müştəri bankdan nə isə tələb edə bilməz. O müqavilə də Mülki Məcəllənin qaydalarına uyğun şəkildə hazırlanmalıdır. Əslində müqavilənin hazırlanmasında müştəri də iştirak etməlidir. Lakin hazırda şablon qayda qüvvədədir. Müqavilə bank tərəfindən hazırlanır, müştəri isə bəndlərlə tanış olduqdan sonra ona imza atır. Bu, normaldır. Lakin o müqavilənin şərtlərində təhlükəsizlik məsələlərinə birbaşa bankın cavabdeh olduğu vurğulanmalıdır.

Təhlükəsizlik mesajı 2-ci dəfə gəlmir

Kart hesabından pul çəkən zaman mütləq telefona mesaj gəlməlidir. Buna "3D security” xidməti deyilir. Həmin mesajda təsdiqləmə kodu olur. Onu təsdiqlədikdən sonra hesabdan pul çıxılır. Lakin burada da boşluqlar mövcuddur. Belə ki, bu gün bir dəfə alış-veriş etdiyiniz marketdən ikinci dəfə nə isə alanda həmin kod gəlmir. Bu da təhlükəsizlik baxımından ciddi problemdir. Banklar buna rəvac verməməlidirlər.

Məhkəməyə müraciət edin

Vətəndaşlara tövsiyyəm odur ki, banklarda depozit hesabı, yaxud kerdit kartı açdıran zaman  müqavilədəki təhlükəsizlik məsələsinə diqqət etsinlər. O şərtlər yoxdursa, hüquqlarının qorunması baxımından həmin bəndlərin müqaviləyə daxil olmasını tələb edib, sonra imzalasınlar. Çünki sonradan problemlər yarana bilər. Problem yaranarsa, vətəndaş müqavilədə nəzərdə tutulmuş ödəlik əsasında bankı məhkəməyə verə bilər. Məhkəmədə ona vurulmuş maddi ziyanla yanaşı mənəvi ziyanı da tələb edə bilər. Çox vaxt hesabdan oğurluq zamanı cüzi rəqəmlər seçirlər ki, insanlar bunun fərqinə varmasın. Bütün hallarda, siz 1 manat da olsa haqqınızı tələb etməlisiniz”.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər