Gündəm

Beynəlxalq Bankda bir gündə 23 mindən çox vətəndaşa sosial müavinət kartı verilib

COVİD-19 dövründə əhalinin rifah halının qorunması məqsədilə dövlətin işsiz aztəminatlı şəxslərə təyin etdiyi birdəfəlik ödəmələr üçün vətəndaşlara plastik kartların verilməsi davam etdirilir.

Mumtv.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankında 100 mindən çox vətəndaşa sosial müavinət kartları təqdim olunub. Proses bankın bütün  filial və şöbələrində həyata keçirilir. Kartların verilməsi zamanı vətəndaşların rahatlığının təmin olunması üçün filial və şöbələr gücləndirilmiş iş rejimində hər gün saat 09.00-dan 18.00-a qədər fasiləsiz çalışır. Növbələrin qarşısının alınması, prosesin maksimum operativliyinin təmin olunması üçün bu işə filial və şöbələrin ön ofis əməkdaşları tam heyətdə cəlb olunub. Hər bir vətəndaş bank ofisinə müraciətindən sonra maksimum 5 dəqiqə ərzində öz kartını ala bilir. Həyata keçirilən tədbirlər nəticəsində bankın filial və şöbələrində bir gün ərzində maksimum 23 mindən çox vətəndaşa sosial müavinət kartının verilməsi təmin edilib. COVİD-19-la bağlı karantin rejiminin tələblərindən irəli gələrək bu  prosesdə müştərilərin və əməkdaşların sağlamlığının təmin olunması üçün lazimi tədbirlər də həyata keçirilməkdədir.  

Bəzi vətəndaşların qeydiyyatda olduqları ünvanlarla faktiki yaşayış yerlərinin fərqləndiyini nəzərə alaraq Azərbaycan Beynəlxalq Bankı prosesi optimallaşdırıb. Vətəndaşlara öz kartlarını əlavə məsafə qət etmədən almaq imkanı yaradılıb. Belə ki, birdəfəlik ödəmə almaq hüququna malik vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq öz kartını bankın ona ən yaxın filial və ya şöbəsindən əldə edə bilər.     

 

Vətəndaşlara verilən sosial müavinət kartları ilə vəsaiti bankomatlardan nağdlaşdırmaqla yanaşı, POS terminallar, yaxud onlayn qaydada nağdsız ödənişlər aparmaq da mümkündür. Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaş olan bəzi mağazalarda alış-verişləri bu kartlarla nağdsız qaydada apardıqda hər ödənişə görə müştəri 3% kəşbək qazanır. Azərbaycan Beynəlxalq Bankı sosial müavinət kartı alan vətəndaşlara bankın mobil tətbiqini telefonlarına yükləyərək onun yaratdığı imkanlardan faydalanmağı da tövsiyə edir. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər