Gündəm


"Bank BTB” 2020-ci ilin 4-cü rübünə olan hesabatına görə bankın əsas maliyyə göstəriciləri azalıb.
"Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, "Bank BTB” –nin xalis mənfəəti 2019-cu ilin son rübü ilə müqayisədə 16 milyon 653 min manat və ya 2.2 dəfə azalaraq 9 milyon 130 min manat zərərə çatıb.

Bankın cəmi aktivləri 1 il ərzində 14 milyon 595 min manat artaraq 356 milyon 137 min manata bərabər olub. Buna baxmayaraq bankın müştərilərinə verdiyi xalis kreditlərin həmcmi 553 min manat azalıb.

Depozit portfelinin 6 milyon manat artması bankın öhdəliklərinin artmasına da səbəb olub. Belə ki, "Bank BTB”-nin cəmi öhdəlikləri 1 il ərzində 24 milyon 584 min manat artaraq 302 milyon 156 min manata yüksəlib.

Bankın cəmi kapitalı 39 milyon 991 min manat azalaraq 53 milyon 980 min manata enib.

Faiz gəlirləri 26 milyon 101 min manat, faiz xərcləri isə 14 milyon 163 min manat olan "Bank BTB”-nin xalis faiz gəlirləri 11 milyon 938 min manata bərabər olub. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 708 min manat çoxdur. Qeyri-faiz gəliri 5 milyon 37 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 31 min manat olub ki, bu da bankın əməliyyat mənfəətinin azalmasına səbəb olub. Belə ki, bankın əməliyyat mənfəəti 1 il ərzində 714 min manat azalaraq 1 milyon 944 min manata enib.

"Bank BTB”-nin məcmu kapitalı2020-ci ilin yekun rübündə 9 milyon 372 min manat və ya 15.1% azalaraq 52 milyon 727 min manata düşüb.

Qeyd edək ki, Məcmu kapitalın məqsədi və ona dair tələblər haqqında qanunun 3.2. maddəsinə görə bankların məcmu kapitalı 50 milyondan az olmamalıdır.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər