Gündəm

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Yeni tədris ili başlayanda isə bu özünü daha çox göstərir. Belə ki, günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. Bir müddət əvvəl paytaxdakı tıxacı azaltmaq üçün dəniz taksilərinin istifadəyə verilməsi təklif olunsa da, bu istiqamətdə addımlar atılmadı.

Bəs görəsən, dəniz taksiləri istifadəyə verilsə paytaxtdakı tıxaclar azalar?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "MUMtv.az"a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb, amma yekdil qərar verilməyib. Onun sözlərinə görə, bunun müxtəlif səbəbləri var:

"Dənizin təhlükəli olması, relyefin uyğunsuzluğu, küləkli hava və s. məsələlər əsas problem kimi göstərilir. Ümumilikdə, mütəxəssislərin rəyini almaqla alternativ nəqliyyat növü kimi dəniz taksilərindən istifadə etmək olar. Bununla özəl müəssisə məşğul ola bilər. Təhlükəsizlik məsələləri isə mütləq nəzərə alınmalıdır. Ona görə ki, müxtəlif səbəblər olar. Bakının relyefi və digər önəmli məsələləri nəzərə alanda görürsən ki, müəyyən problemlər çıxa bilər. Bunları həll etmək üçün məsələləri dərindən bilmək və aydınlaşdırmaq lazımdır. Bunu xarici mütəxəssislərlə müzakirə etmək vacibdir. Əvvəllər Azərbaycanda dəniz nəqliyyat növündən istifadə olunub və heç də pis nəticə verməyib. Cənub bölgəsi istiqamətində bərələr işləyib. Bu gün bununla bağlı müəyyən işlər görmək olar. Amma məsələləri hərtərəfli tənzimləmək lazımdır".

Bunun Bakı-Sumqayıt yolundakı tıxacın azalmasına necə kömək edə biləcəyinə gəlincə, ekspert qeyd edib ki, Bakı-Sumqayıt arasındakı tıxacın əsas səbəbi nəqliyyat sisteminin düzgün tənzimlənməməsidir: "Bunu keçmiş nəqliyyat nazirliyinin dövründə gördük. O dövrdən qalan problemləri qısa müddətdə həll etmək çətindir. Vaxtında bu istiqamətdə ayrılan vəsaiti düzgün xərcləsə idilər, belə problem çıxmazdı".

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər