Gündəm

Azərbaycanda taksi xidmətinin vahid qaydaya keçməsi nələri dəyişə bilər?

Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələrinin hazırlanması gündəmdədir. Bu mövzu taksi fəaliyyəti ilə məşğul olan və həmin xidmətdən istifadə edən insanları da ciddi şəkildə maraqlandırır. Ediləcək dəyişikliklər taksi xidmətinə nə dərəcədə təsir göstərəcək? Bu yeniliklər qiymət dəyişikliyinə səbəb ola bilərmi?

Bununla bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov MUMtv.az-a bildirib ki, bu addımın məqsədi və hədəfi Bakı şəhərində taksi fəaliyyətinin mükəmməlləşməsidir. Hazırda taksi fəaliyyətində çoxlu sayda problemlərin olduğunu deyən ekspert onların həll olunmasını labüd hesab edir:
“Hazırda istənilən adam maşınının damına “şahmat” qoyub taksi kimi fəaliyyət göstərə bilər. Aqreqatorların fəaliyyəti tənzimlənmir, kimi istəyirlər, xidmətə qoşurlar, taksi sürücülərini 14 saat iş vaxtı ilə istismar edirlər. Həmçinin, sürücülərə dair tələblərə riayət olunmur”.

Ə.Hüseynov taksi qiymətlərinin dəyişilməsinin şəraitdən asılı olacağını güman edir:
“Əgər sadaladığım problemlər həll olunsa, qiyməti bazar özü tənzimləyəcək. Bakıda taksi sürücülərinin sayı məlum deyil. Bəlkə 100 min taksi sürücüsü var. Onların bir faizi lisenziya alıb, ya yox. Yerdə qalan 99 minin bəlkə heç sənədi də yoxdur. Qiyməti tənzimləmək üçün bu işlərlə məşğul olan adamların dairəsi məlum olmalıdır”.


Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə taksi fəaliyyətinin tənzimlənməsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində qalan bir məsələ olduğunu hesab edir. O bildirib ki, bu sahədə hazırda xaotik vəziyyət hökm sürməkdədir:
“Problemin kökü ondan ibarətdir ki, bəzi özünü taksi şirkəti kimi elan edən, operator xidməti göstərən şirkətlər qiymətləri hədsiz dərəcədə ucuzlaşdırıblar və taksi sürücülərini istismar edirlər. Sürücülər də məcburən onlarla əməkdaşlıq edirlər. Çünki başqa yerdə müştəri tapa bilmirlər. Qiymətlər ucuz olduğu üçün müştərilər də o xidmətdən istifadə edirlər.
Maraqlıdır ki, müştərilər də narazılıq edirlər. Məsələn, “sürücü kobud davranır”, “kartla ödəniş etmək istəyirəm, götürmür”, “ünvan tanımırlar” kimi şikayətlər eşidirik. Yəni, indiki halda həm sürücülər, həm də sərnişinlər narazıdır.
BNA bir müddət əvvəl Bakıda vahid taksi xidməti ilə bağlı bir konsepsiya hazırlamışdı. Bu konsepsiyanın mahiyyəti üzrə işlər görmək olar. Bu işlərin də əsas məqsədi rahat, təhlükəsiz taksi xidmətinin yaradılmasıdır".
E.Muradlı da taksi fəaliyyətində vahid qiymətin müəyyənləşdirilməli olduğunu düzgün hesab edir. Amma hər şeydən əvvəl kimə taksi sürücüsü deyə biləcəyimizi dəqiqləşdirmək lazım olduğunu deyir:


“Hər yoldan keçən maşının damına “şahmat” qoyub taksi kimi işləyə bilməz. Taksi sürücüsü bir peşədir. Bu peşənin də müəyyən tələbləri var. Bu tələblərə cavab vermək lazımdır. Bəzi ölkələrdə taski sürücüləri ilə bağlı vahid bir sənəd qəbul edib, onu icra elətdirə bilirlər. Azərbaycan üçün bu çətin olar. Çünki bizdə işsizlikdən taksi sürücüsü olanlar var, məhkumluq həyatı yaşamış adamlar var. Azadlığa çıxandan sonra iş tapa bilmirlər, məcburən taksi sürücüsü olurlar. Sosial tələbat var. İnsanlar kefindən taksi sürücüsü olmurlar. Bunu da başa düşmək lazımdır. Buna uyğun davranmaq da yaxşı olardı”.
Ekspert dünən Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanın taksi fəaliyyətinin keyfiyyətinin daha da yaxşı olmasına və normal xidmət göstərilməsinə səbəb olacağına ümid edir.
Nəqliyyat üzrə ekspert Aslan Əsədov isə taksi fəaliyyətinin bugünkü durumundan narazı deyil. O hesab edir ki, qiymət baxımdan bu xidmət əlverişlidir:
“Taksi qiymətlərini son 10 il ilə müqayisə etsək, görərik ki, hazırda qiymətlər çox aşağı düşüb. Əvvəl çox baha idi. Bu tədricən, 2016-cı ildə BNA-nın yaranmasından sonra baş verdi. BNA özü taksilər üşün lisenziya verməyə başladı. Daha sonra hazırda olan taksi şirkətləri meydana gəldi. Şirkətlər yaranandan sonra qiymətlərdə kəskin enmələr oldu. Bu isə sərnişinlərin xeyrinə oldu. Məsələn, 2015-ci ildə “20 Yanvar” metrostansiyasından “Koroğlu” metrosu istiqamətinə kimi taksilər 10 manata aparırdısa, indi bu yolu 3-4 manata getmək olar. Hazırda 1km 70-80 qəpikdən hesablanır”.


Ekspert hesab edir ki, taksilərin əsas problemi onların parklanma və ya qaraj yerlərinin olmamasıdır:
“Bakıda sərnişindaşıma birbaşa metroların və marşrut avtobuslarının üzərində qurulub. Şəhər nəqliyyatı belə olmalı deyil. Taksilər, tramvay, trolleybus, dəmir yolu, kanat yolu, gəmi taksisi olmalıdır. Hazırda Bibiheybət məscidindən və ya Bayıldan Zığa getmək 8-10 manat edir. Amma onu gəmi taksiləri ilə əvəz etsək, 1-2 manata 10-15 dəqiqəyə getmək olar. Tıxac da olmaz.
Bunlar olmadığı üçün Bakı şəhərinin nəqliyyatı metro və marşrut avtobuslarının üzərinə yüklənib. Qısa müddətə metroda problem olanda şəhər nəqliyyatı iflic vəziyyətə düşür, şəhərdə acınacaqlı vəziyyət yaşanır”.
A.Əsədovun fikrincə bir manatlıq taksilər də sərnişin daşınmalarındakı boşluqların hesabına yaranıb:
“Sərnişin fikirləşir ki, uzun müddət gözləməkdən, iki avtobusa minib 80 qəpik verməkdən, ayaq üstə getməkdənsə, elə 1 manat verib taksi ilə rahat gedərəm”.
Ekspert lisenziyasız taksilər haqqında da danışıb:
“Səhər bir işdən çıxıb, axşam taksi sürücüsü kimi lisenziyasız işləyənləri başa düşmək olar. Çünki onun maaşı onu qane etmir. Ona görə də ona şərait yaratmaq lazımdır. Hansısa qayda tətbiq edib, belə adamlara şərait qurmaq lazımdır. Daha çox özəl şirkətlər elə insanları cəlb etməlidirlər. Hazırda lisenziyanın qiyməti 60 manatdır. Bunun qiyməti 3-5 manat olmalıdır. Amma cəriməsi qoy, 100 manat olsun. Ayda 60 manat az pul deyil axı. Hamı verə bilmir. Belə adamların çoxu da aztəminatlı ailələr olur. Onların maşınının qiyməti də 10 min manat civarındadır”.

Son xəbərlər

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bütün xəbərlər