Gündəm

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

MUMtv.az: - Azərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır. Belə ki, bu ekspertlərin iddialarına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi satınalmalar və ya birbaşa müqavilələr əsasında yerinə yetirdiyi sifarişlərin smetalarını real dəyərindən dəfələrlə artıq yazır.

Müxtəlif dövrlərdə yerli mətbuatda gedən yazılarda İddia olunub ki, dövlət büdcəsindən ayrılan on milyonlarla manat vəsaitlər qurumun müxtəlif vəzifəli şəxsləri tərəfindən mənimsənilir. Maraqlıdır ki, Azərbaycanda biznes yaradan məmurlar arasında Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər vəzifəli şəxsləri ilk sıralarda gəlir. Poliqon.info saytına daxil olan məlumatda iddia olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun ölkə daxilində və ölkə xaricində böyük biznes şəbəkələri, mülkləri və xidmət sahələri mövcuddur. Belə ki, redaksiyamıza daxil olan siyahıya əsasən Saleh Məmmədov çoxsaylı yaşayış və qeyri-yaşayış sahələri olan daşınmaz əmlakların, iaşə xidmət müəssisələrinin, istehsal sahələrinin və AAYDA sədrinə aid olduqları iddia olunan çoxsaylı şirkətləri var.

Saleh Məmmədova aid olunduğu iddia olunan həmin siyahının bəzi hissələriri oxucularımızın diqqətinə təqdim edirik:

1. Ölkə daxilində və xaricində dəyəri milyon manatlarla ölçülən villalar;

2. Xırdalanda avtoservis-yol nişanları zavodu;

3. Xırdalanda tikiş sexi;

4. Xırdalanda 1,7 hektar içində Plitə-bordur sexi;

5. Həsən Əliyev küçəsində restoran;

6. Təbriz küçəsində 3800 kvadratmetr qeyri yaşayış sahəsi;

7. Göygöldə istirahət mərkəzi;

8. Nəsimi rayonunda 3 mərtəbəli obyekt;

9. İmişlidə qonaq evi;

10. Quru neyvə istehsalı ilə məşğul olan şirkət;

11. Göygöldə, Fatmeyi kəndində, İmişlidə, Şəki-Xaldan yolinda yanacaq doldurma məntəqələri;

12. Bakı Əyləncə Mərkəzinin yanında 2000 kvadratmetrkik ofis;

13. Çoxlu sayda ağır texnika;

14. Saleh Məmmədovun qaynı Səfiyar Quliyevin adına torpaq sahələri, şirkətlər, mülklər, karxanalar;

15. Saleh Məmmədova məxsus şirkətlər: “Yol xətt” MMC, “Layihə” MMC, SDN və SMS şirkətləri. Bundan başqa iddia olunur ki, Saleh Məmmdovun Dubayda, Çində, Türkiyədə, Avstriyada və Almaniyada şirkətləri var və bu şirkətlərin bəzilərini Cəmil adlı şəxs idarə edir.

Həmçinin iddia olunur ki, Saleh Məmmədovun “Şamaxıinka” adlanan ərazidə 17 mənzili, Təbriz küçəsində biananın 1 blokunun bütün mənzilləri, o cümlədən Bayılda və Ağşəhərdə, Xətaidə, Gəcədə mənzilləri var. Siyahıya görə AAYDA sədrinin Dubayda, Türkiyədə, Vyanada, Yesentukidə də mənzilləri var.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədova soğu ilə müraciət etmişik. Sorğunun göndərilməsindən bir həftədən artıq vaxt ötməsinə baxmayaraq, hələ də cavab ala bilməmişik. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//pravda.az


Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər