Gündəm

Son illər taksi xidmətinə tələbatın artması müşahidə olunur.

Fərdi taksinin apardığı yolu xidmət taksisinin nisbətən ucuz qiymətə aparması bu tələbatı getdikcə artırır. Bu tələb fonunda bəzən sürücü-sərnişin münasibətlərində narazılıq yaradan hallar da olur. Bəzən sərnişin taksi sifariş edərkən gedəcəyi ünvana yaxın, tanınan məkan adı deyir və həmin nöqtəyə çatanda sürücünün bir qədər irəli sürməsini istəyir. Bəzi sürücülər isə sərnişinin bu istəyinə qarşılıq vermir və xidmətə sadəcə sifarişdə qeyd olunan məkanın daxil olduğunu vurğulayır.

Bəs, qanunvericilik bu barədə  nə deyir? Sərnişinin taksini sifariş etdiyi nöqtədən bir qədər uzaq məsafəyə ödənişsiz olaraq sürdürməyə haqqı varmı?

MUMTV.az bildirir ki, nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bildirib ki, sürücü-sərnişin münasibətlərindəki narazılığı aradan qaldırmaq üçün taksometrlərdən istifafə edilməsi vacibdir:

"Qanunvericiliyə əsasən, nəzərdə tutulan məsələ ilə bağlı taksi xidməti həyata keçirən sürücülər üçün mövcud məhudiyyət yoxdur. Yəni, sürücünün məsafədən artıq ödənişsiz xidmət göstərməsi ilə bağlı hansısa müddəa qeyd olunmayıb. Qanunvericilikdə sürücülərin göstərdiyi xidmətə uyğun maddələr yer alıb. Dünyanın bir çox ölkələrində taksilər taksometrlə təmin olunub. Taksometr sayəsində daşınma göstəricilərinin uçotu aparılır, gedilən yerə uyğun gediş haqqı müəyyən edilir və gediş haqqının məbləği haqqında sərnişinə məlumatlar verilir. Nəticədə sürücü ilə sərnişin arasında hansısa neqativ hal yaşanmır. Ölkəmizdə bu addımın geniş yayılmasına ehtiyac var”.

Ekspert vurğulayıb ki, sərnişin taksi xidmətindən sifariş olunan məkandan əlavə məsafə üçün istifadə edirsə, az məbləğli əlavə gediş haqqı ödəməlidir:

"Qanunvericiliyə görə, taksi şirkətinin müəyyən etdiyi məbləğ sifariş olunan ərazinin məsafəsindən asılıdır. Əlavə məsafə üçün sərnişin 1-2 manat ödəniş etməlidir. Bəzi taksi şirkətləri isə əlavə məsafə ilə bağlı qərarı özləri təyin edir. Bunu şirkətin daxili nizamnaməsi müəyyən edir və əlavə məsafə 100-200 metr nəzərdə tutulur. Ümumilikdə isə müştərini gözləməyin dəqiqəsi 5 qəpikdir. Əgər müştəri sifariş edib gəlməyibsə, sürücünün gözlədiyi müddətdən və sifarişin yerindən asılı olaraq, müştərinin balansına hesablanır”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər