Gündəm

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi köçkünlərə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsi davam etdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  "MUMtv.az"a bildirilib ki, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara da sosial dəstək məqsədilə vahid aylıq müavinət verilib:

"Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ildə apardığı Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib. Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılıb. Eyni qərar Cəbrayıl rayonunun işğaldan azad edildikdən sonra 2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndinin geri qayıdıb daimi məskunlaşan sakinlərinə də şamil olunub.

Mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur".

Son xəbərlər

Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirdi

Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Bütün xəbərlər