Gündəm

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

Alimlər yeni texnoloji kəşflərlə vətəndaşların həyatını asanlaşdırmağa davam edirlər. Bu dəfə Almaniyada alimlər yeni araşdırma aparıblar. Alman Primat Mərkəzinin nevroloqları beyin-kompüter interfeysləri (BCI) ilə protez əlləri idarə etməyə imkan verəcək yeni protokol hazırlayıblar.

"MUMtv.az" xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat Macaca mulatta növü olan rhesus meymunları üzərində aparılıb.

Bu yeni üsul, protez əllərin beyin siqnallarından və yalnız düşüncə gücündən istifadə edərək daha dəqiq şəkildə hərəkət etdirilməsinin mümkün olduğunu ortaya qoyub. Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin mövqelərini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf ediblər. 

Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.

Tədqiqatın bir hissəsi olaraq, rhesus meymunlarına virtual reallıq mühitində əllərindən istifadə edərək "avatar" əli idarə etmək öyrədilib.  Daha sonra meymunlar əllərindən fiziki istifadə etmədən, sadəcə beyin siqnalları ilə virtual əli hərəkət etdirə biliblər. 

Beyin-kompüter interfeysi ilə ölçülən neyron fəaliyyətləri protez əlin incə motor bacarıqlarını təkmilləşdirmək üçün tədqiqatçılar tərəfindən optimallaşdırılıb. Bu araşdırma beyin siqnallarının daha dəqiq analizi və neyroprotezlərin gündəlik həyatda daha effektiv istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu araşdırmanın nəticələri ALS kimi əzələ hərəkətlərinə təsir edən xəstəliklərdən əziyyət çəkən xəstələrin həyatını asanlaşdıra biləcək texnoloji inkişaflara yol aça bilər.


18-10-2024, 12:07

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər