Gündəm

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

MUMTv.az: - TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN – 1500166751) olub.

“Avromed Company” QSC TƏBİB-ə hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri satacaq və qarşılığında 79 min 804 manat 58 qəpik ödəyəcək.

Bundan başqa, “Avromed Company” QSC Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin keçirdiyi 1 milyon 293 min 44 manat 68 qəpik dəyərində tender müsabiqəsində də qalib olub.

“Avromed Company” QSC 2024-cü il ərzində TƏBİB və Səhiyyə Nazirliyinə bağlı müxtəlif qurumların keçirdiyi 110 milyon manatlıq tender müsabiqələrində qalib olub.

Məlumat üçün bildirək ki, 57 min manat nizamnamə kapitalı olan “Avromed Company” QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət 20 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir.

Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov 2022-ci ilin fevral ayında şirkətə baş direktor təyin olunub.

Bundan əvvəl şirkətin direktoru Kamran Aqasi olub. Bu şəxs 2020-ci ilin mart ayının 10-dan etibarən “Avromed Company” QSC-yə rəhbərlik edib. Kamran Aqasi həm də ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər pr. ev 153) qeydiyyatda olan “Agro Dairy” MMC-nin direktoru olub.

Qeyd edək ki, “Avromed Company” QSC-nin daha əvvəl millət vəkili Cavanşir Feyziyevə məxsus olduğu bildirilib.

Qeyd olunur ki, Cavanşir Feyziyev 2016-cı ildə isə “Avromed” şirkətindəki səhmlərini satıb.

Onu da bildirək ki, İnnovasiya və Təchizat Mərkəzi ötən gün millət vəkili Cavanşir Feyziyevin 1994-cü il təvəllüdlü oğlu Cavanşir Orxana məxsus 12 552 kv. metr olan ofis və anbar sahəsini bir il müddətinə (17.09.2024-17.09.2025) icarəyə götürüb və icarə haqqı olaraq 1 milyon 176 min manat (1 kv. metr – 94 manat) ödəyəcək./Yeniavaz.com


Son xəbərlər

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

Bütün xəbərlər