Gündəm

Gömrük Hospitalından daha bir ŞÜBHƏ... - COVİD-19-a qarşı 6 milyon manatlıq dərman alır

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ("Gömrük Hospitalı”) tərəfindən 8 lot üzrə keçirilən tender müsabiqələrinin (təkliflər sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, "Gömrük Hospitalı” tərəfindən keçirilən tender müsabiqələrinin qalibi "Azərimed” QSC olub.
"Azərimed” QSC COVİD-19 infeksiyasına qarşı müvafiq tədbirlərin görülməsi məqsədilə "Gömrük Hospitalı”na aşağıdakı dərman vasitələrini satacaq.
1. Antifunqal və İmmunomodulə edici dərman vasitələri - 996 min 735 manat 62 qəpik
2. İmmunostimulə edici dərman vasitələri - 987 min 182 manat 21 qəpik
3. Antiviral dərman vasitələri – 931 min 682 manat 29 qəpik
4. Narkotik və Hepatoprotektor dərman vasitələri – 520 min 760 manat 55 qəpik
5. Antibakterial və Mukolitik dərman vasitələri – 602 min 367 manat 1 qəpik
6. Reaktiv və PZR testləri - 902 min 348 manat 76 qəpik
7. İntensiv terapiya tibbi ləvazimatları – 126 min 465 manat 30 qəpik
8. Tibbi ləvazimat və dezinfeksiya vasitələri – 925 min 727 manat 5 qəpik
"Gömrük Hospitalı” ümumi dəyəri 5 milyon 993 min manatdan çox olan dərman vasitələri almaq üçün 21.04.2021-ci il saat 17:01-da tender müsabiqəsi elan olunub. Sənəd qəbulu isə 22.04.2021-ci il saat 09:00-da başlayıb.
Məlumat üçün bilirək ki, Nizamnamə kapitalı 10 000 manat olan "Azərimed” QSC -nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Qeyd edək ki, uzun illərdir mətbuatda "Azərimed” QSC–nin sahibinin millət vəkili Kəmaləddin Qafarov olduğu yazılır.

 

Son xəbərlər

Qeyri-adi məxluq alimlərin diqqətini çəkdi - FOTO

Oliqarx-başçı ilə bağlı qərar verilir… – Ramiz Mehdiyevin yadigarıdır…

Son bir ildə Azərbaycanda tibbi xidmətlər nə qədər bahalanıb? – Siyahı

İsrail Fələstin ərazisinin ən böyük hissəsini ələ keçirib

İlham Əliyev Cozef Baydeni təbrik edib

Laçının yenilənən Sus kəndi… - VİDEO

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə QƏRARLAR

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Bildiyiniz abidələrin – Bilinməyən tərəfləri

Şahzadə Harri kral ailəsi ilə barışmaq üçün üzr istəməlidir

"ABŞ-də buna görə müharibə olacaq" - Keçmiş Pentaqon rəsmisi

Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI? - Zabratın bitməyən "zibil dərdi"...

Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...

Prezident Pakistana səfər edəcək

Səbuhi Abbasov Mingəçevirdən namizəd olacağını açıqladı

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

Paşinyan ABŞ senatoru ilə sülh müqaviləsini müzakirə etdi

Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam” – Rahil Nəcəfovun cinayət işi // FOTO

Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA

"Aİ Ermənistan-Azərbaycan münasibətlərinə dəstək verməyə çalışır" - Səfir

Sabah 36 dərəcə isti olacaq

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmə oldu - VİDEO

İctimai nəqliyyatda həftəlik və aylıq kartlar tətbiq edilsin - TƏKLİF

Ali Məhkəmənin hakiminə yeni vəzifə verildi

İlham Əliyev Qazaxıstana səfər etdi

Ərdoğan Qazaxıstana getdi

Övladlarını vətənə qurban verənlər, övladlarına xaricdə lüks həyat yaşadan məmurların qapılarında boynubükük qalıblar - VİDEO

Bütün xəbərlər