Gündəm

Məcburi köçkünlərin dayanıqlı icmaların yaradılması üzrə layihələr keçirilir

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində qaçqınların və məcburi köçkünlərin peşə təhsilinin artırılması və yeni yaradılmış bizneslərə dəstək məqsədilə “Qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsi həyata keçirilir.

"MUMtv.az" xəbər verir ki, layihə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”-nın 3-cü prioritet istimaqətinin 3.1.6 bəndində nəzərdə tutulan “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyəti çərçivəsində təşkil olunur. 

Bu istiqamətdə artıq Kəlbəcər rayonunun Zallar kəndinə, Laçın rayonunun isə Sus və Zabux kəndlərinə geri qayıdacaq məcburi köçkünlər arasında görüşlər və sorğular həyata keçirilmişdir. Həmçinin, bu mərhələdə benefisiarlar düzgün fəaliyyət seçimi üçün ekspert dəstəyilə təmin olunub.  Bildirək ki, növbəti mərhələdə layihə çərçivəsində işğaldan azad olunan ərazilərə qayıdacaq məcburi köçkünlərə gəlir gətirən sahələr üzrə peşə təhsilləri tədris olunacaq. Faydalanan şəxslər, yeni yaradılacaq biznes subyektlərinin fəaliyyətini təmin etmək məqsədilə biznes planlarının yazılması və həyata keçirilməsi üçün xüsusi təlim və mentor dəstəyi xidməti də əldə edəcəklər. 

Layihə sonunda bu şəxslər, onların fəaliyyətinə dəstək məqsədilə ayrılmış xüsusi aktivlərlə təmin olunacaqlar. Layihənin 2023-cü il oktyabr-dekabr tarixlərini əhatə edən  1-ci mərhələsində ümumilikdə 40 fərdi sahibkar və 5 hüquqi şəxs biznes subyektlərinin təsis edilməsi nəzərdə tutulur.

Son xəbərlər

İsrail SEPAH-ın kosmik mərkəzini də vurubmuş

Prezident yeni salınan parkda yaradılan şəraitlə tanış oldu

Bakıda terror planlaşdıran Əfqanıstan vətəndaşına bu cəza verildi

Pakistana uçan təyyarədə sərnişin öldü - Pilot Bakıya məcburi eniş etdi

Çində dünyanın ilk uçan avtomobil zavodunun tikintisi başlandı

İcra başçısına sui-qəsd cəhdi: Təqsirləndirilən şəxs məhkəmədə nə dedi?

Avstraliyadakı 2600 yaşlı sirli mumiya Misir şahzadəsi imiş

Rusiya Donetsk cəbhəsində irəliləyir

“1-3 manata araq satılır, halbuki elə aksiz vergisi 4.8 manatdır”

59 direktora xəbərdarlıq, töhmət və şiddətli - Töhmət verilib

Bu hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək

Uşaqlıqda diqqət çatışmazlığı psixi pozğunluğa səbəb olur

Nazirliyin özəl bağçalarla bağlı elanında daha bir müəmma: "Zəfər" liseyi "Simurq"?

Yumurta yenidən bahalaşdı

Daha bir ölkə ilə müqavilə təsdiq edildi

Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"

"Həvəsləndirici faizlər qaranlıq məqsədlərə xidmət edir" - ŞOK AÇIQLAMA

Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu

Azərbaycanla Rusiya arasında yeni saziş təsdiqləndi

Ölülər gününü qeyd edən ölkədən FOTOLAR

“Socar ” da milyonlar hansı təlimlərə xərclənir?-VİDEO

Bu qida daha asan arıqlamağa kömək edir

İlham Əliyev Ərdoğanı təbrik etdi

Bu ölkə yüksək xərclərə görə pul çapını dayandırdı

Qatarlarda ödənişsiz “Wi-Fi” istifadəyə verilir

İlham Əliyev Paşinyana Vardanyanla bağlı sual verib

"Ukraynadakı münaqişə Qərb üçün arxa plana keçib" - Borrell

İranlı alimlər xərçəng diaqnozu üçün süni intellekt yaratdılar

Türkiyə Cümhuriyyətinin yaranması günüdür

Putin Bakıya gələcək?

Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə...

Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi

Bütün xəbərlər