Gündəm

Rövşən Rzayevin 700 Minlik Müqaviləsi – “Qaçqınkom” Zəruri Olmayan Təmir Işləri

MUMtv.az: - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu ilin ilk 3 ayı ərzində toplam maliyyə dəyəri 772 384.68 AZN olan 6 satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində salınmış məcburi köçkün şəhərciyində binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri (139583.73 AZN), dəftərxana ləvazimatları (18267.58 AZN), məcburi köçkün qəsəbələrində deratizasiya, dezinseksiya və dezinfeksiya işləri (48749.52 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 98 ədəd liftlərə texniki xidmətin göstərilməsi (98525.28 AZN), məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 172 ədəd liftlərə texniki xidmətin göstərilməsi (176230.57 AZN) və Qəbələ rayonunda yerləşən məcburi köçkün qəsəbəsində istilik qazanxanasının təmiri (29102.8 AZN) nəzərdə tutulur.

Müqavilələr müvafiq olaraq aşağıdakı şirkətlərlə bağlanıb:

"TUNEL-METRO İNŞAAT ” MMC

"GREY GROUP” MMC

"FUAD-KİMYA SERVİS” MMC

"AZƏRLİFT SERVİS” MMC

"REAL-3” Müəssisəsi

"ŞIRVAN-2018” MMC

Diqqətçəkən daha çox təmir işləri ilə bağlı satınalma müqavilələridir. Müqavilənin şərtlərindən görünür ki, söhbət əsaslı təmirdən getmir. Bu zaman ortaya sual çıxır: Görəsən, komitə işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinin getdiyi və məcburi köçkünlərin yaxın zamanlarda yurd-yuvalarına köçürüləcəyi bir vaxtda zərurət hesab olunmayan təmir işlərinə maraq göstərir? Yəni, tutaq ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı hansısa binanın fasadının təmiri hansı zərurətdən doğur? Əlbəttə biz məcburi köşkünlərin məskunlaşdığı binaların və digər yaşayış yerlərinin təmirinin əleyhinə deyilik. Sadəcə söhbət zərurət olmadan aparılan təmir işlərindən gedir.

Müqavilənin maliyyə dəyərindən və şərtlərindən də aydın görünür ki, bu təmir növbətçi xarakter daşıyır və büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi barədə şübhələrə səbəb olur. Biz hələ demirik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi satınalma müsabiqələri ilə bağlı mediada xeyli sayda tənqidi yazılar tirajlanıb. Həmin materiallardan aydın olur ki, komitə bir çox hallarda şübhəli şirkətlərlə müqavilə bağlayır. Bu baxımdan, komitənin bu müqavilələri imzaladığı şirkətlərlə bağlı da araşdırma aparırıq. Araşdırmalarımız bitdikdən sonra oxuculara təqdim edəcəyik.//Reportyor.info

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Bütün xəbərlər