Gündəm

Sumqaytda şəhidlərin xatirəsi əbədiləşdirildi

 

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə inşa edilib. Abidə Sumqayıt şəhərində fəaliyyət göstərən məcburi köçkün icmasının təşəbbüsü və "Qartal” tikinti firmasının təşkilatçılığı ilə hazırlanıb. İyunun 30-da abidənin açılış mərasimi keçirilib.

Mumtv.az Unikal.org a istinadən xəbər verir ki, mərasimdə torpaqlarımızın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanın işğalçı qüvvələrini məhv edərək, xalqımıza qələbə sevinci yaşatdığı,  məcburi köçkünlərin torpaq həsrətinə son qoyduğu qürur hissi ilə vurğulanıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Onların xatirəsini əbədiləşdirən hər bir abidə müqəddəs ziyarətgahdır.

Şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və məcburi köçkünlərin doğma yurda qayıdışı istiqamətində zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə həmin ərazilərdə təhlükəsizlik tədbirləri görülür, kommunikasiya xətləri bərpa olunur, müasir standarlara cavab verən "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası əsasında yeni layihələr icra edilir.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, "Qartal” tikinti firmasının rəhbəri Şahin Məmmədov, Qubadlı, Laçın, Sumqayıt icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Komitəsi yanında İctimai Şura üzvləri, şəhid ailələri, müharibə veteranları, məcburi köçkün icmasının üzvləri iştirak ediblər.


Son xəbərlər

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Bütün xəbərlər