Gündəm

Yeni tələb taksi sürücülərini çaş-baş qoydu: Haradan alacaqlarını bilmirlər
 
 
 
 
 

 
 
 

 
 
 

Taksi və marşrut avtobuslarında sürücü ilə sərnişinlər arasında şəffaf arakəsmələr olacaq. Bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib.

Mumtv.az Lent.az -a istinadən xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, bu arakəsmələri fərdi taksi sürücüləri də avtomobilə quraşdırmalıdır:

 

"Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən marşrut xətlərində daşıyıcılara və taksi şirkətlərinə arakəsmələrin quraşdırılması ilə bağlı tövsiyələr verilmişdi. Buna uyğun olaraq ötən müddətdə bir neçə şirkət avtobus və minik avtomobillərində arakəsmələr quraşdırıb. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişlərdən irəli gələn tədbirlərin icrası ilə bağlı həm müntəzəm marşrut xətləri, həm də taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə məktub göndərilib. Artıq bu gündən taksilərdə arakəsmələrin quraşdırılması geniş formada davam etdirilir. Həmin arakəsmələri daşıyıcıların özləri quraşdırır. Fərdi taksilər də bu qaydaya riayət etməlidir. Onlar artıq öz vəsaitləri hesabına həmin şəffaf arakəsmələri alıb quraşdırmalıdır”.

Yeni tələbin pozulması zamanı hansı cərimə tətbiq ediləcəyinə gəldikdə, qurum rəsmisinin sözlərinə görə, bu barədə BNA-da hansısa mexanizm işlənib hazırlanmayıb.

Mövzu ilə bağlı fərdi taksi fəaliyyəti ilə məşğul olan bir neçə sürücü arasında sorğu keçirdik. Bu zaman onların, ümumiyyətlə, məsələdən xəbərsiz olduqlarını öyrəndik. Sürücülər məlumatı öyrənsələr belə, şəffaf arakəsməni haradan alacaqlarını bilmədiklərini dedilər.

Ancaq Bakıda fəaliyyət göstərən iri taksi xidmətlərindən biri ilə əlaqə saxladığımız zaman tələbin artıq yerinə yetirildiyi bildirildi. Xidmətin əməkdaşı Orxan Həsənli şirkətə məxsus maşınlara şəffaf arakəsmə quraşdırıldığını dedi:

"Bu gün səhər üzərində şirkətin reklamı olan bütün avtomobillərimizə şəffaf arakəsmə yerləşdirdik. Bunu şirkətdə çalışan usta və sürücülərin birgə köməkliyi ilə yerinə yetirdik. Ancaq xidmətə qoşulan digər şəxsi avtomobil sahiblərinə isə özlərinin həmin arakəsməni quraşdırmaları barədə elan verdik. Bu da hər bir inşaat materialları mağazasında satılan qalın "klyonkalar”dır”.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər