Sosial

Dayanacaqlar taksilərin “işğalından” xilas ediləcəkmi? – RƏSMİ AÇIQLAMA
 
 
 

 
 
 
Məlumdur ki, paytaxtın mərkəzi ərazilərinin əksəriyyətindəki dayanacaqlarda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları xidmət aparır. Onlar avtobus dayanacaqlarında taksi və digər şəxsi minik avtomobili saxlayan sürücülərə 40 manat cərimə tətbiq edirlər. Ancaq təəssüf ki, avtobus dayanacaqlarında problemlər hələ də qalmaqdadır.
Məsələn, müşahidələrimizə görə, "Sahil” metro stansiyasının yaxınlığındakı və Kukla teatrı ilə üzbəüz dayanacaqları, xüsusilə axşam saatlarında taksi sürücüləri zəbt edirlər.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Lent.az -a dayanacaqlara agentlik əməkdaşlarının nəzarət etməsini müsbət hal kimi dəyərləndirməyib. Onun fikrincə, ilk növbədə həmin əməkdaşların işə götürülməsi lazımdır:
"Əslində yaxşı olardı ki, bizim və yollara nəzarət edən digər qurumların da əməkdaşları olmadan sürücülər qaydalara əməl edəydilər. Bunu çox arzulayırıq. Əlbəttə, hər bir dayanacağa bir əməkdaşın nəzarət etməsi nə düzgün, nə də mümkün deyil. Hər şeydən əvvəl bunun üçün əməkdaş işə götrürülməlidir. Hazırda qanunsuz parklanma ilə bağlı tədbirlər həm kameralar, həm də xidmətdə olan əməkdaşların planşeti vasitəsilə həyata keçirilir. Avtobus dayanacaqlarının ərazisi yalnız ictimai nəqliyyat üçündür. Dayanacaqların əksəriyyətinin yanında taksilər üçün də yerlər var. Lakin apardığımız müşahidə nəticəsində məlum olub ki, avtobus dayanacaqlarında maşın saxlayan sürücülərin əksəriyyəti qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardır. Bəzi hallarda şəxsi avtomobili olan sürücülər də maşını gətirib avtobus dayanacağında saxlayırlar. Bütün bunların hamısı sürücü peşəkarlığı və mədəniyyətindən irəli gəlir”.
BNA sözçüsünün dediklərindən belə nəticəyə gəlmək olur ki, bəzi avtobus dayanacaqlarında müşahidə olunan problem yaxın zamanda həllini tapmayacaq.
Dayanacaqlar taksilərin

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər