Gündəm

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır. Onun özlərinə görə, seçkilərin müddəti önə də çəkilə bilər. Həmçinin, MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov "MUMtv.az"a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, parlament seçkiləri 5 il müddət başa çatdıqdan sonra noyabrın birinci həftəsinin bazar günü keçirilməlidir. Onun sözlərinə görə, bu tarix 2024-cü ilin noyabr ayının 3-nə təsadüf edir:

"Həmin ayda Azərbaycanda COP-29 tədbiri keçiriləcək. Həmin tədbirə 60 mindən çox qonaq gələcək. O cümlədən buna hazırlıq prosesi başlayır. Həmçinin, həmin vaxtda bələdiyyə seçkilərinə start verilir. Bələdiyyə seçkiləri dekabr ayında keçiriləcəksə, oktyabrın sonu buna start verilməlidir. Qanunvericiliyə görə, iki seçki eyni vaxtda keçirilə bilməz. Bizdə Seçki Məcəlləsində seçkinin həm irəli, həm də geri çəkilməsi var. Seçkinin  müəyyən məsələlərlə əlaqədar irəli çəkilməsinə Seçki Məcəlləsi imkan verir".

Komitə sədri bildirib ki, seçkinin irəli çəkilməsi heç bir problem yaratmır: "Növbə ilə Prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Suveren Azərbaycan ərazisində ikinci seçkinin bələdiyyə deyil, parlament seçkisi olması daha məqsədəuyğundur. Bu baxımdan, seçkinin bir neçə ay qabağa çəkilməsi problem yaratmır. Bu müddət ərazində həm siyasi partiyaların, həm də fərdi qaydada öz namizədliyini irəli sürmək istəyən şəxslərin hazırlığı üçün vaxtı olur".

S.Novruzov qeyd edib ki, seçki 2 ay əvvəldən müəyyən olunmalıdır: "Əgər sabah seçki ilə bağlı qərar veriləcəksə, seçki iyul və ya avqust ayına təsadüf edəcək. Bir ay sonra qərar olacaqsa, seçki avqust və ya sentyabr ayında olacaq".

Son xəbərlər

QÜDRƏT QURBANOVA YENİ VƏZİFƏ VERİLDİ - Heydər Əsədovun yerinə gətirildi

“Bakı 4 №-Li Yol İstismarı“ MMC-nin asvalt zavodu ekoloji problem yaradır -Fazil Musayev niyə cərimələnmir?

RÜSTƏMOV BU RAYONDAKI ƏMLAKLARINI DA SATIŞA ÇIXARIB – Torpaq sahələri, villalar, obyektlər...

Azərbaycanda polkovnik saxlanıldı

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Ayın 30-da, saat 06:00-dan... — Sürücülərə xəbərdarlıq

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Yanğına görə Xəzər TV-nin binası boşaldılır

Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...

Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Xarici şirkətin Azərbaycan nümayəndəliyi bədbəxt hadisənin baş vermə faktını gizlədib?

Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?

Lənkəranda bələdiyyənin sənəd və torpaq "saxtakarlığı": Təmirlan Rzayev kimə arxalanır?

İnsanı 17 növ xərçəngdən qoruyan içki

Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

İlham Əliyev Zəfər parkında

Netanyahu Livanda atəşkəslə bağlı danışıqlar apardığını açıqladı

Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT

Zelenskinin adına ticarət nişanı qeydə alındı

Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyanı dəyişdirməyə hazırıq - Paşinyan

Azərbaycanda Anım Günüdür

Dövlət Departamentinin Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı BƏYANATI

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Bütün xəbərlər