Gündəm

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına başlayıb.

"MUMtv.az" xəbər verir ki, bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev “Amerikanın Səsi”nə bildirib.

Qeyd edib ki, Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkmə Müəssisəsində effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq bu addımı atıb.

Onun sözlərinə görə, Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir. Vəkilin iddialarına görə, dəfələrlə müraciət olunmasına baxmayaraq, C. Hacıyev nə Penitensiar Xidmətin tibb müəssisəsinə, nə də koloniyanın tibbi-sanitariya hissəsinə köçürülüb, həmçinin son günlər Hacıyevə yaxınlarının gətirdiyi dərmanları soyuducuda saxlamağa icazə verilməyib. Vəkil bildirib ki, Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib. O və daha 7 nəfər sui-istifadədə, böyük ziyan vurmaqla fırıldaqçılıqda, mənimsəmə və israfda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət verməkdə təqsirli biliniblər.

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergi ödənişindən yayınma və s. maddələrlə yeni iş üzrə ittihamlar irəli sürüldüyünü bildirib. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs cəzasına 1,5 il azadlıqdan məhrumetmə cəzası əlavə edib.

2020-ci ilin fevralında isə Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə CM-in 179.3 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan cəzanın yüngülləşdirilməsi ilə əlaqədar Hacıyevin həbs müddətini 3 ay azaldıb.//Demokrat.az


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər