Gündəm

160-larla bağlı daha bir problem – Sürücü icazəsiz sifarişə çıxdı və... - Foto
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Bakıda marşrut avtobusları ilə bağlı daha bir qalmaqal yaşanıb. Belə ki, bu, yeni avtobusların fəaliyyət göstərdiyi 160 saylı marşrut xəttində qeydə alınıb. Əldə etdiyimiz görüntülərdə avtobusun içində elan yapışdırıldığı və həmin nəqliyyat vasitəsi üçün sifariş qəbul edildiyi qeyd olunub. Şəkildə göstərilən avtobusun üzərində BNA-nın qeydiyyat nişanı var. 

Məsələni araşdırmaq üçün həmin elanda göstərilən nömrə ilə əlaqə saxladıq. Zəngimizə cavab verən Məcid adlı şəxs həmin avtobusla elan qəbul etdiklərini bildirib. O əsasən Bakı və Bakı ətrafı yerlərə səfər etmək üçün sifariş qəbul etdiklərini, amma gün ərzində gedib-gəlinəcəksə, rayonlara da gedə biləcəklərini dedi. Həmiş şəxs onu da bildirdi ki, sifariş qəbul edərkən kimdənsə icazə almalıdır ki, avtobusla fəaliyyət göstərə bilsin.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. "Yeni Sabah”a danışan M. Ağayev BNA tərəfindən qeydiyyat nişanı verilmiş avtobuslarla başqa sifarişlərin qəbul edilməsinin qadağan olunduğunu bildirib:

"Tutaq ki, bir müntəzəm marşrut xəttində 19 avtobus olmalıdır. Biz də fərqlənmə nişanını veririk ki, həmin marşrut xətti üzrə fəaliyyət göstərsin. Ona fərqlənmə nişanı ona görə verilmir ki, başqa sifarişləri yerinə yetirtsin. Əgər başqa xidmət göstərmək istəyirsə, onun üçün başqa fərqlənmə nişanı almalıdır və o fərqlənmə nişanını da Bakı Nəqliyyat Agentliyi vermir. İkincisi, bu nəqliyyat vasitələr daşıyıcının balansındadır. Onu qarşısına qoyulan tələb odur ki, ilk növbədə bu marşrut xətti üzrə normal sərnişin daşıma xidməti göstərməlidir. Amma ehtiyat avtobusların varsa, onlarla gedib başqa xidmət göstərə bilərsən. İndi daşıyıcı şirkətlə danışdım. Onlar deyirlər ki, biz belə elan yapışdırmamışıq”.

Daha sonra M. Ağayev məsələnin araşdırıldığını və həmin elanın sürücü tərəfindən icazəsiz olaraq yapışdırıldığını deyib:

"Həmin görüntüləri daşıyıcıya göndərdik. Məsələ belədir ki, həmin elan daşıyıcının xəbəri olamadan, sürücü tərəfindən yapışdırılıb. Oraya icazəsiz olaraq öz nömrəsini yapışdırıb. Bu barədə xəbər tutan kimi daşıyıcı şirkət tərəfindən həmin sürücü ilə bağlı tədbir görülüb və elan da çıxarılıb.

Xatırladaq ki, ötən il 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Binə qəsəbəsində qatarla toqquşmuşdu. Bir neçə nəfərin ölümü ilə nəticələnən qəzadan sonra 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans" MMC-yə həvalə edilib və həmin şirkət xəttə yeni avtobuslar buraxıb./Yenisabah.az


Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər