Gündəm
Gündəm
“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar” – Aynur” restoranında qalmaqal
Quba rayonunda yerləşən "Aynur” restoranına ərəb qonağı ilə gedən müştəri aldadıldıqlarını iddia edir.
"MUMTV.az-ın verdiyi xəbərə görə, vətəndaş İlahə Yusifli bildirib ki, Küveytdən gələn qonağı üçün həmin istirahət mərkəzinin otelində otaq da tutublar: "Biz birinci oturduq, sifarişimizi verdik, daha sonra qalmaq üçün evi də danışıb qonağı gözlədik. Əyləşəndən sonra qonağın əcnəbi olduğunu görüb ona fərqli menyu verdilər. Həmin menyuda bir şiş lülə 20 manat idi. Biz buna etiraz etdik və həmin şəxsin bizim qonağımız olduğunu dedik. Bundan sonra fırıldaqla məşğul olmağa başladılar. Bir şişdə 3 lülə vermək əvəzinə 2 tikə lülə gətirdilər. Qonağın yanında biabır olmamaq üçün səsimizi çıxarmadıq. Əlavə kabab sifariş edəndə isə 1 tikə lüləni 4 yerə bölüb "buyurun, bu da lüləniz” dedilər. Ərəb qonağımız əsəbdən yemək yemədən masadan qalxdı və gedib başqa oteldə özünə otaq tutdu”.
İ. Yusifli əlavə edib ki, restoranda müdiriyyət işçilərin üstünə müştərilərin yanında qışqıraraq onlarla kobud davranıb.
"Aynur” istirahət mərkəzinin administratoru Ziya Əliyev isə bu iddiaları təkzib edib:
"Elə şey yoxdur, onu kim deyirsə, qələt edir. Bizdə standart menyudur, qiymətlər hamıya eynidir. 4-5 ildir ərəblərlə işləyirik, nə oldu, indi problem çıxdı? Kabablar, yeməklər hamıya eyni qiymətdir. Ola bilsin qəlyanda 5 manat fərq olsun. Hamıya 10 manatdırsa, ərəblərə 15 manata veririk. Çünki onlar fərqli tütündən hazırlanmış qəlyan sifariş edirlər. Biz də həmin tütünü xüsusi sifariş edib gətizdiririk. Həmin tütün bahadır. Bu qiymət fərqi ərəbə görə deyil, tütünə görədir”./Qafqazinfo