Gündəm

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olunub.

"MUMtv.az” xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs edilmiş Dünyamaliyev Cavid İlqar oğlunun müdafiəçisinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətinə baxılaraq, təmin olunmayıb.

Məlum olur ki, C.Dünyamalıyev Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş qrup üzvlərindən yalnız biridir. 

Qeyd olunan şəxslər Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirib, sahibliklərində olan xüsusi serverlərə ötürmüşlər. 

Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları isə bloklanıb.

Qeyd edək ki, dünyada kibercinayətlərin artmaqda olduğu bir vaxtda ilk dəfə 2024-cü ildə Oksford Universitetinin təşkilatçılığı və 92 ixtisaslaşmış beynəlxalq ekspertin iştirakı ilə 3 illik təhlillərin nəticəsi olaraq kibercinayətkarlıqla mübarizə vəziyyəti və əlaqəli kriteriyalar üzrə "Dünya Kibercinayətkarlıq İndeksi” tərtib edilərək yayımlanıb.

İndeksə əsasən, Rusiya, Ukrayna, Çin, ABŞ, Nigeriya, Ruminiya kimi ölkələr kibercinayətkarlıq təhlükəsinin daha yüksək olduğu dövlətlər sırasında qeyd edilib. Azərbaycan ümumi sıralamada 0.13 indeks göstəricisi ilə Lüksemburq və Yaponiya kimi ölkələrlə birgə ən yaxşı göstəricilərə malik dövlətlər sırasında indeksləşdirilib.

Ötən müddətdə Azərbaycan dövlət strukturları tərəfindən kibercinayətkarlığa qarşı ciddi institusional, preventiv və prosessual tədbirlər həyata keçirilib.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər