Gündəm

Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri HƏBS EDİLDİ

“Star-M” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluqdan "MUMtv.az"a verilən məlumata görə, istintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması, digər təqsirli şəxslərin qanunsuz əməllərinin ifşa olunması, habelə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər