Gündəm

İmtahan suallarını satanlar HƏBS EDİLDİ

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Baş Prokurorluqdan "MUMtv.az"a verilən məlumata görə, əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” MMC-nin direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların xaricdə təhsil almasında köməklik göstərilməsi ilə məşğul olan Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub beynəlxalq səviyyədə fəaliyyət göstərən “College Board” özəl təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”) üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) kommersiya sirri təşkil edən sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul vəsaiti müqabilində bu növ imtahanların keçirilməsinə lisenziyası olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi, Cahid Məmmədovun qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə satıb yaymasına, bununla da “College Board” təşkilatının və cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu   bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə  və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş edilir.

Son xəbərlər

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Bütün xəbərlər