Gündəm

DANX: Tezliklə respublikada taksi fəaliyyəti üzrə sahibkarlarla bağlı vəziyyət, onların sayı elektron baza şəkilində Daxili İşlər Nazirliyinə təqdim ediləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən regionlardakı nəqliyyat sistemi, sərnişin daşımalarla bağlı vəziyyətin bərbad olduğunu deyib: "Onların istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaq. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik”.

Məsələ ilə bağlı AYNA-nın sorğusunu cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, hazırda ölkə üzrə ümumi 40 min ədəd taksi mövcuddur: "Bakı istisna olmaqla, regionlar üzrə 17 min ədəd taksi var ki, onlardan da 3880 ədədi rəsmi, 13270 ədədi isə qeyri-rəsmi fəaliyyət göstərir”.

"Tezliklə respublikada taksi fəaliyyəti üzrə sahibkarlarla bağlı vəziyyət, onların sayı elektron baza şəkilində hazırlanacaq və Daxili İşlər Nazirliyinə təqdim olunacaq. İşçi qrup bu istiqamətdə qiymətləndirmə hazırlayıb və nəticələr var. İşçi qrupun rəyinə görə, regionlar üzrə 5 min taksi xidmətinin fəaliyyət göstərməsi  kifayətdir. Ancaq bu sahədə xeyli sayda insan fəaliyyət göstərməyə can atır. Şəxsi avtomobili olan istənilən şəxs bu sahədən istifadə edə bilir, ikinci iş, əlavə gəlir kimi baxır. Nəticədə bu sahədə qismən pərakəndəlik, boşluq hökm sürür”. – Allahyarova bildirib.

O, qeyd edib ki, taksi xidməti mövcud avtomobil nəqliyyatının təhlükəsizliyi və digər qanunvericilik aktları ilə tənzimlənir: "Bu səbəbdən əlavə ciddi tələblər, standartlar qoya bilmirik. Hazırda avtomobili olan şəxslər fərqlənmə nişanı ilə fəaliyyət göstərirlər ki, burada da yalnız verginin ödənilməsinə nəzarət var. Amma bizim tərəfdən təqdim olunan təkliflərdə taksi xidməti üçün yeni standartlar müəyyən olunub. Bu, fərqlənmə nişanı olmayacaq, sahibkarlığa buraxılış, icazə formasında olacaq. Və bu, yenidən lisenziyanın tətbiqi deyil, biz o qaydanın tətbiqinin əleyhinəyik”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər