Gündəm

MUMtv.az: - BMT Baş Assambleyasının təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin su ilə əlaqədar Məqsəd və Hədəflərinin icrası" mövzusunda iclas keçirilib. Konfransda Azərbaycan adından "Azərsu” ASC-nin sədrinin müavini Seymur Seyidov çıxış edərək ölkədə su ehtiyatları və içməli su təchizatı sektorunda görülmüş işlər barədə məlumat verib.

Bu barədə "Report”a "Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, sədr müavini ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradıldığını, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planının təsdiq edildiyini vurğulayıb. Respublikamızın regionlarında yeni içməli su mənbələrinin yaradıldığı, şəhər və kəndlərdə içməli su layihələri icra edildiyi xüsusi qeyd olunub.

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası işlərinə başlanıldığını bildirən S.Seyidov yeni içməli su infrastrukturunun yaradılması layihələrində mütərəqqi texnologiyaların tətbiqinə xüsusi önəm veriləcəyini diqqətə çatdırıb.

Tədbirdə 86 ölkədən dövlət və hökümət başçıları, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edib. İclasa bəzi iştirakçılar onlayn şəkildə qoşulub. İclasda qlobal su problemi və perspektiv hədəflər ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Bildirilib ki, son illər müşahidə olunan qlobal iqlim dəyişmələri şirin su ehtiyatlarının azalmasına, bu da öz növbəsində əhalinin ərzaq təminatına və ekoloji təhlükəsizliyə birbaşa təsir göstərir. Su ehtiyatlarının artırılması, təmizlənmiş sulardan təkrar istifadə istiqamətində tədqiqatlar və praktiki işlərin görülməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər