Gündəm

Deputat rayonun su problemindən danışdı

Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bununla bağlı Goranboy – Naftalan seçki dairəsinin deputatı Anar Məmmədov "Yeni Gündəm”-ə bildirib ki,  ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın digər regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı işlərin görülməsi bunun bariz nümunəsidir.

Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib ki, bu da birbaşa içməli su ilə tənzimlənib, öz yerini tapıb. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyildiyi kimi, 6 ayda aqrar sahədə 2,2 faiz artım əldə edilib. Quraqlıq olmasaydı, daha yüksək göstəricilər qazanmaq mümkün idi. Məsələn, havaların əlverişsiz keçməsi, yəni yağıntıların az olması bir sıra Aran rayonlarında taxıl becərilməsində müəyyən çətinliklər yaratdı. Sözügedən iclasda dövlət başçısı bir daha diqqəti su ehtiyatlarının yaradılması və ondan düzgün, səmərəli şəkildə istifadə edilməsi məsələsinə yönəltmişdir.
İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər, qarşıya qoyulan konkret tələblər bir daha sübut edir ki, su məsələsi ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyətli məsələdir. Və bu sahədə mövcud problemlərin həlli gecikdirilə bilməz.
Ölkədə su ehtiyatlarının yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı – Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilir. Azərbaycanda içməli su təminatı yüksək faiz dərəcəsi ilə göstərilir, Bakı şəhəri ilə yanaşı bütün şəhər, rayon və qəsəbələri əhatə edir. Nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Bununla yanaşı digər böyük layihələr, Ceyranbatan, Şəmkir və s. su anbarlarının da adını qeyd edə bilərik.
Onu da qeyd edim ki, son illər 96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə su təsərrüfatının yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb. Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” , mart ayında isə yenidən suya olan tələbatı nəzərə alaraq əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusundan əlavə daha 43 subartezian quyusunun qazılması nəzərdə tutulub. Həmin quyulardan artıq 17-nin qazılması prosesi başa çatıb, digər quyuların qazılması işləri isə davam etdirilir. Lakin bununla belə, suya ehtiyac hələ də çoxdur. Dövlətin gördüyü tədbirlər vəziyyəti dəyişsə də bu prosesdə vətəndaşların iştirakı olmadan uğur qazanmaq çətin olacaq. Buna görə də müasir çağırışlara uyğun və əsaslandırılmış su balansı hazırlanmalı, vətəndaşlar vəziyyətin ciddiliyini anlamalı sudan istifadədə diqqətli olmalı və suya qənaət etməlidir.


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər