Cəmiyyət

Əli Əhmədov təcili iclas keçirdi -

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.

Mumtv.az bildirir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2020-ci ilin ilk yarısında görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov cari ilin ilk yarısında qeyri-formal məşğulluq sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.

Komissiyanın sədri son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd etmişdir.

Görülən məqsədyönlü tədbirlərin vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına səbəb olduğu vurğulanıb.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyevin "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində hazırlanmış və razılaşdırılması başa çatdırılmamış qanunvericilik layihələri barədə məruzəsi dinlənilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Komissiyanın tapşırığına uyğun olaraq tikinti sahəsində qeyri-formal məşğulluq hallarının azaldılması ilə bağlı aidiyyəti qurumlarla birgə hazırlanan təkliflərlə əlaqədar çıxış edib.

Müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək müzakirə olunan məsələlərə dair münasibət bildiriblər.

Eyni zamanda, "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Dövlət Başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul edilib.

İclasın sonunda Komissiyanın sədri Əli Əhmədov qarşıda duran vəzifələrlə bağlı, o cümlədən ölkədə qeyri-formal məşğulluğun qarşısının alınmasına, bu istiqamətdə qanunvericilik aktlarının təkmilləşdirilməsinə, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına və iqtisadi fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlərin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlarını verib.

(Metbuat.az)

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Bütün xəbərlər