Gündəm

Daha bir məmur yola salınır - Qurumlar birləşdirilir Şok iddia
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək.

"DogruXeber.az" xəbər verir ki, bu barədə "Qaynarinfo"ya etibarlı mənbədən məlumat daxil olub. 

Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşdiriləcəyi gözlənilir. 

74 yaşlı Əhməd Əhmədzadənin rəhbərlik etdiyi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin "Azərsu" ilə birləşdirilməsi hələ bir neçə il əvvəl gündəmə gəlib.

Lakin Əhmədzadə o vaxt hökumət dairələrindəki nüfuzundan istifadə edərək, bu birləşmənin reallaşamasına mane ola bilib. 

Adı ölkənin ən korrupsiyalaşmış qurumları sırasında çəkilən sözügedən ASC-nin birləşməsini  həmin vaxt iqtidara yaxın Milli Məclis üzvləri də müdafiə edirdilər. 

Xatırladaq ki, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi adlandırılan qurumun adı 1993-cü ildə Respublika Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılıb. 23 oktyabr 2004-cü il tarixdə Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar göstərilən Komitə ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradılıb.

Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

"Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir" – deyə "Qaynarinfo"ya məlumat verən mənbənin sözlərinə görə,  "Azərsu" ASC-nin mövcud olduğu  vəziyyətdə bu heç bir məntiqə sığmır. 

O da bildirilir ki: "Adıçəkilən qurumun indiyədək öz varlığını qoruyub-saxlaması sözügedən ASC sədri Əhməd Əhmədzadənin şəxsi nüfuzu sayəsində mümkün olub. Lakin təqaüd yaşına çatmış  bir sıra nüfuzlu məmurlarınm işindən kənarlaşdırıldığı bir şəraitdə artıq bir neçə il əvvəldən təklif olunan həmin birləşmənin baş tutması da tamamilə realdır".


Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər