Cəmiyyət

Nazirlik kollegiya iclası keçirib

İyulun 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində 6 ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında geniş tərkibli kollegiya iclası keçirilib.

Mumtv.az bildirir ki, kollegiya iclasında Prezident İlham Əliyevin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı”ndan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

İclas zamanı həmçinin çaylarda və su anbarlarında quraşdırılacaq hidroloji suölçmə məntəqələri, ölkə ərazisində hidrogeoloji planlama işlərinin davam etdirilməsi, yeraltı su hövzələrinin axtarışı, meşə ilə örtülü ərazilərin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyalarının keçirilməsi, nadir təbiət komplekslərinə beynəlxalq statusların verilməsi və xüsusi mühafizə olunan təbiət ərazilərindən səmərəli istifadə məsələləri ilə bağlı məruzələr dinlənilib.

Qeyd olunub ki, iqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir, bu baxımdan su ehiyatlarının formalaşmasında xüsusi rola malik olan meşələrin miqyasının artırılması əhəmiyyətli hesab olunur. Bununla əlaqədar payız ağacəkmə mövsümündə ölkəmizdə meşələrin artırılması, baramaçılığın, arıçılığın inkişafı və iqlim dəyişmələri fonunda götürülmüş beynəlxalq öhdəliklərə uyğun olaraq karbon qazının udulması məqsədilə əsas tərəfdaş qurumlar, beynəlxalq təşkilatlar, Kənd Təsərrüfatı Nazirliyi, Ekoloji İctimai Şuranın üzvləri və ekokönüllülər ilə birlikdə meşəbərpa, meşəsalma tədbirlərinin həyata keçiriləcəyi bildirilib. Genişmiqyaslı aksiya zamanı meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq üçün açıq meşə ərazilərində əsasən meşəcinsli ağacların əkilməsinin mühüm rol oynayacağı vurğulanıb, təklif və tövsiyələr dinlənilib.

Daha sonra Hirkan meşələrinin YUNESKO-nun təbii irs siyahısına salınması və Zaqatala Biosfer Qoruğunun yaradılması istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat verilib.

Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

(Qafqazinfo.az)

 

 

Son xəbərlər

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Bütün xəbərlər