Gündəm

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda keçirilən tədbirdə “AzerGold” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri və QSC-nin ÇİRES-də çalışan podratçı şirkətlərinin əməkdaşları iştirak ediblər.

"MUMtv.az" bildirir ki, tədbirdə Səhmdar Cəmiyyət tərəfindən əməyin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, iş yerlərində, xüsusilə istehsalat müəssisəsində reallaşdırılan qabaqlayıcı tədbirlər nəticəsində “AzerGold” QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində istehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əməyin təhlükəsizliyinin qorunmasına nail olunub.

Bununla “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayı 5 milyon saatı ötüb. Bu, dağ-mədən sahəsində fəaliyyət göstərən şirkət üçün yüksək göstərici hesab edilir.

Tədbir çərçivəsində Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi üzrə fəaliyyətə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamələr təqdim edilib. Daha sonra qonaqlar ÇİRES-in fəaliyyəti ilə tanış olub, müəssisədə yaradılan əlverişli əmək şəraiti, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdən məmnunluqlarını ifadə ediblər.

Xatırladaq ki, Ümumdünya Əməyin Mühafizəsi Günü BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildə təsis edilib.
Əməyin mühafizəsi ilə bağlı təsis edilən bu xüsusi gün hər il Azərbaycanda da qeyd olunur.

Ölkəmizdə layiqli əmək təminatı, işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə mütərəqqi beynəlxalq norma və standartlar əsasında qəbul edilmiş milli qanunvericiliyə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində “AzerGold” QSC-nin müəssisə və törəmə şirkətlərində də sistemli fəaliyyət aparılır, işçilərin əmək hüquqları, əməyin təhlükəsizliyi
sahəsində davamlı maarifləndirilməsi təmin edilir.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO


Son xəbərlər

Nikahların 56 faizi qohumlar arasında baş tutur — Qohum evliliyi qadağan olunur?

Əziz Orucovun həbs müddəti uzadıldı

COP29-la bağlı vergi və ƏDV güzəştləri tətbiq ediləcək

"Bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar" - Prezident

Qubad İbadoğlu ilə bağlı QƏRAR VERİLDİ

Gömrük işçilərinə kompensasiya veriləcək

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun

Bu körpünün istismar qaydaları təsdiqləndi

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiqləndi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Bu tibb müəssisələrinə direktorlar təyin olundu

Rusiyada yaşayan miqrantlarla bağlı mühüm dəyişiklik

İki ölkə öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

İki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Cavanşir körpüsündən geriyə bu qaldı

Düşüncələrimiz sağlamlığımıza təsir edir - ARAŞDIRMA

ABŞ Rəisinin ölümünə görə İranı günahlandırdı

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Bütün xəbərlər