Gündəm

Ceyranbatan Sutəmizləyici Qurğularında yenidənqurma işləri aparılır

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması məqsədilə layihələrin icrasını davam etdirir.

Mumtv.az bildirir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun içməli su təchizatında böyük payı olan Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma işləri aparılır. 

1960-80-ci illərdə mərhələlərlə inşa edilmiş Ceyranbatan Sutəmizləyici Qurğularının təmiz su anbarları uzun illər istismar olunub. Son dövrlərdə anbarların istismar tələblərinə cavab verməməsi lazımi həcmdə su ehtiyatlarının toplanmasında və istehlakçıların artan tələbatının ödənilməsində çətinliklər yaradırdı. Bütün bunlar nəzərə alınaraq, Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan suların toplandığı anbarlarda əsaslı yenidənqurma işləri həyata keçirilir. 

 

Layihəyə əsasən, hər birinin tutumu 2100 kubmetr olan 5 su anbarının yenidən qurulması, yeni siyirtmə kameralarının inşası, daha məhsuldar nasos stansiyalarının quraşdırılması nəzərdə tutulur. Artıq 3 anbarda işlər yekunlaşıb, digər 2 anbarda isə davam etdirilir. Görülmüş işlər çərçivəsində həmin anbarların özül və divarları dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, korroziyaya uğramış hissələr sökülərək beton örtüklə izolyasiya edilib. Anbarların yararsız hala düşmüş üst plitələri tamamilə sökülərək dəyişdirilib. Təmir-bərpa işləri çərçivəsində anbarların giriş-çıxış xətləri yenilənib, 14 ədəd siyirtmə yenisi ilə əvəz olunub, 5 ədəd siyirtmə kamerası inşa edilib. Suyun optimal paylanması məqsədilə qaldırıcı nasos stansiyasında 2 ədəd nasosun quraşdırılması başa çatdırılıb. Nasos stansiyalarının enerji təchizatı məqsədilə 6 kilovoltluq transformator stansiyası da inşa edilib. Yeni nasosların quraşdırılması suyun + 105 Saray anbarına qaldırılaraq buradan  özüaxımlı rejimdə paylanmasına imkan verəcək. 

Ümumilikdə, layihə çərçivəsində indiyədək 240 kubmetr beton, 2700 kubmetr torpaq işləri görülüb. Yenidən qurulan və bərpa olunan anbarların ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra bu mənbədən qidalanan ərazilərdə yaşayan əhalinin içməli su təchizatında dayanıqlıq təmin olunacaq, xüsusən yay aylarında artan tələbatın ödənilməsinə əlavə imkan yaranacaq.(Qafqazinfo.az)

 





Son xəbərlər

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Bütün xəbərlər