Gündəm

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır

"Böyük Qayıdış” prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur. Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.

Şuşaya ilk köçün məhz mayın əvvəlində (böyük ehtimalla 8 may - red.) baş tutması həm də böyük anlam daşıyır - Şuşa 1992-ci ildə ermənilər tərəfindən məhz mayın əvvəlində tutulmağa başlamışdı, 8 mayda tam işğal olunmuşdu.

Bəs növbəti köç hansı tarixlərə planlaşdırılır? İlin sonunadək nə qədər ailə Şuşaya - doğma yurduna dönəcək? Əsas suallardan biri də budur: Şuşada xeyli həyət evi olan şuşalılar var, onların mülkləri işğal vaxtı dağıdılıb. Bu şəxslərə həyətyanı sahələrində öz hesablarına fərdi yaşayış evi tikməsinə icazə varmı?

"Qaçqınkom”dan verilən məlumata görə, "Böyük Qayıdış” proqramı uğurla icra olunur. 2024-cü ildə Şuşadan başqa daha 5 şəhərimizə qayıdış planlaşdırılıb və artıq bu planın realllaşdırılması prosesi gedir. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri demək olar ki, başa çatıb. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə 450 mənzil var.

Bununla yanaşı, şəhərdə 17 binadan ibarət 2-ci yaşayış kompleksi də inşa edilir. 4,25 hektar ərazidə yerləşən kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Keçən ilin oktyabrında isə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat vermişdi ki, 2024-cü ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub. Konkret may ayında Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılıb.

"Yeni Müsavat”ın məlumatına görə, işğaldan əvvəl fərdi həyət evləri olmuş Şuşa sakinləri də Şuşada yeni inşa edilmiş binalardan ibarət yaşayış komplekslərinə köçürüləcək. Gələcəkdə onların şəxsi vəsaitləri ilə özlərinə fərdi ev tikməsinə şərait yaradılıb-yaradılmayacağı barədə isə hələlik rəsmi qərar yoxdur.


Son xəbərlər

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bu, dizlərinizi sağlam saxlayır

Bu gün demarkasiya-delimitasiya protokolu imzalana bilər

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu

Bütün xəbərlər