Cəmiyyət
Cəmiyyət / Sosial
Bakının 4 rayonunda su olmayacaq
Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəza baş verib.
Mumtv.az "Azərsu” ASC-dən "Qafqazinfo”ya daxil olan məlumata əsasən bildirir ki, qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul səhər saatlarına qədər məhdudiyyətlər olacaq.
Qurumun qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.