Gündəm

 
 
 
 
 
 
 
"Şamaxıda su mənbəyi Pirsaatçayda quraşdırılmış drenaj tipli su qəbuledicisidir. Payız-qış aylarında Şamaxıda su təchizatı normal olur, yayda çatışmazlıq yaranır.

Əsasən Şamaxının yüksək nöqtələrində yaşayan insanlara bizim su maşınlarımız içməli su çatdırır, eyni zamanda su satan sahibkarlar da var”.

Bu sözləri "Yeni Müsavat”a açıqlamasında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Şamaxıda içməli su problemi ilə bağlı yazdıqlarımıza münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, "Azərsu” ASC Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib:

"Prezidentin göstərişi ilə alternativ su mənbəyinin yaradılması işi həyata keçirilir. Artıq layihənin 80 faizi icra olunub.
Belə ki, Ağsuçayın məcrasında yeni üfüqi su qəbuledici qurğular tikirik. Eyni zamanda həmin su mənbəyində həcmi 500 kubmetr olan iki su anbarı və nasos stansiyasısı tikmişik.

Bundan başqa, Ağsuçaydan 20 kilometr uzunluğunda magistral su kəməri tikintisi başa çatıb, artıq istifadəyə veriləcək və Şamaxıda növbəti yay içməli su problemi olmayacaq, əhali fasiləsiz su ilə təmin ediləcək”.

A.Cəbrayıllı qeyd etdi ki, Şamaxı su idarəsinin rəisi ilə də danışıb: "Yazıda qeyd olunub ki, əhaliyə texniki su verilir. Bu, tamamilə yalandır, əhaliyə su süzülərək, göz yaşı kimi dupduru verilir.

Şamaxıda icra hakimiyyətinə, məktəblərdə, evlərə, inzibati binalara eyni təmiz su verilir, keyfiyyətində heç bir problem yoxdur və texniki su olması həqiqətdən uzaqdır.

Çünki Şamaxıya verilən su laboratoriya tərəfindən nəzarətdədir. Mütəmadi olaraq su götürülür, mərkəzi laboratoriyamızda yoxlanır və keyfiyyəti normalara uyğundur”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər