Dünya

 
 
 
 
 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parçalanacağı haqqında iddialara münasibət bildirib.

"MUMTV.az” "Hürriyet”ə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında partiyasının keçmişdə də eyni hallarla üzləşdiyini bildirib.

"Bizim partiyadan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat fraksiyası yaradacaq sayda ayrılanlar olub. Amma onlar heç bir nəticə əldə edə bilmədilər. Eyni zamanda partiyamızdan istefa verib müxalif Cümhuriyyət Xalq Partiyasına keçənlər də var və hazırda orada çətin duruma düşüblər. Bizim partiyanın parçalanmaq kimi problemi yoxdur. Biz Ədalət və İnkişaf Partiyası olaraq hazırda tarix yazmaq iqtidarındayıq. Ədalət və İnkişaf Partiyası yerli əhəmiyyətli partiyadan beynəlxalq səviyyəli siyasi təşkilata çevrilib”, deyə Ərdoğan vurğulayıb.

O, vaxtilə Ədalət və İnkişaf Partiyasında təmsil olunmuş şəxsləri təhdid formasında danışmaqda ittiham edib: "Sözlə təhdid olmaz. Onlar nə deyəcəklərini indidən ortaya qoysalar, yaxşı olar. Bizim heç bir narahatlığımız yoxdur. Ədalət və İnkişaf Partiyası fəaliyyətini ən yüksək şəkildə həyata keçirir, ölkəyə investisiya cəlbi və insan amilinin inkişafı üçün çalışır”.

Qeyd edək ki, Türkiyə baş nazirinin keçmiş müavini, Ədalət və İnkişaf Partiyasının yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. O, ölkənin sabiq baş naziri Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşır. Ədalət və İnkişaf Partiyasının xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir.

Son xəbərlər

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Bütün xəbərlər