Gündəm

"Onunla eyni partiyada təmsil olunmaq mənə pis gəlir, axı Tolikin YAP-da nə işi var? - Deputatdan SENSASİON AÇIQLAMALAR
 
 
 
 
 

 
 
 
 
 
 

 
 
 "Əqidəsini dəyişmiş adamların Yeni Azərbaycan Partiyasına üzv olması qadağan edilməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Tahir Rzayev bildirib. 

Deputat deyib ki, son illər Azərbaycan televiziya kanallarının efirlərində və internet mediasında cinsi azlıqların nümayəndələrini də görmək olur:

"Bu düzgün tendensiya deyil. Belə şəxslərə böyük efirlər də verilir, onlar veriliş aparırlar. Bu şəxsləri cəmiyyətə buraxmaq olmaz. Eyni cinsdən olan adamlar guya demokratiya adı altında Azərbaycana lazım olmayan təbliğat aparırlar. Əgər bu cür adamlar Azərbaycanın efir məkanlarına da ayaq aça biliblərsə, deməli efir məkanını idarə edən şəxslər yerində deyillər. Onlar bu cür şəxslərə imkan verməməlidir. Bizim milli mentalitetimiz var. Həmin hallar isə milli mentalitetimizə ziddir. Bu cür hallarla bağlı efir məkanlarına, sosial şəbəkələrə nəzarəti gücləndirmək lazımdır. Axı Tolikin YAP-da nə işi var? Bəlkə Tolikin başı xarab olub, onun ətrafına baxılmalıdır. Şəxsən onunla eyni partiyada təmsil olunmaq mənə pis gəlir. Sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram. Bu təkcə partiyanın adına xələl gətirmir, həmin adamların öz adlarına da xələl gətirə bilər. Vaxtilə Kommunist Partiyasında da vəsiqə verilirdi, amma sonra partiyaya dönük çıxırdılar. Sonradan bəzi adamlar da YAP-dan millət vəkili seçilmişdilər, sonradan Heydər Əliyevə qarşı çıxaraq Rəsul Quliyevin tərəfinə keçdilər. Bilirsiniz, cəmiyyətdə hörməti, nüfuzu olmayan adamları partiyaya gətirmək olmaz. Kimsə üzv olmaq istəyibsə, onun bəlkə başı xarab olub, onu yoxlamaq lazımdır! Axı hər bir adam Vətənə, xalqa, dövlətə səmimi şəkildə bağlı deyil. Sabah onlar hökumətdə vəzifə də götürə bilər. Bir neçə il əvvəl yüksək vəzifədə olmuş məmurlarımız var idi, Gördünüz vəzifədə hansı hoqqalardan çıxdılar?! Bu adamların hamısı Yeni Azərbaycan Partiyasını təmsil edirlər. Ona görə də insanların öz vicdanı, mənliyi olmalıdır. İnsanlar Vətənə düzgün xidmət etməyi dərk etməlidir". 

T.Rzayev qeyd edib ki, kimliyindən asılı olmayaraq, əxlaq normalarını qorumaq lazımdır:

"Bəzi insanların efirlərə o şəkildə çıxmasının və danışmasının qəti əleyhinəyəm. Çünki onlara bizim övladlarımız, cavanlarımız baxırlar. Onların hərəkətləri cəmiyyətimizə də ziddir. Ümumiyyətlə, bu cür adamları efirlərə buraxmaq olmaz. Onlar cəmiyyətə fayda verə bilməzlər. Düşünürəm ki, bütün bunların kökü Avropadan qaynaqlanır. Bu demokratiya deyil, əxlaqsızlıqdır. Nədənsə biz Avropanın yaxşı cəhətlərini götürmək əvəzinə bu cür pis hallarını mənimsəyirik. İnsanlar kişi və qadın cinsində yaranıblar. Kişi kişi ilə, qadın isə qadınla ailə qura bilməz. Onlar bir-biri ilə yalnız dostluq edə bilərlər. 2003-cü ildə Avropa Şurasından bir deputat Azərbaycana səfər etmişdi. O, Milli Məclisdə də görüşlər keçirmişdi. Onun rəhmətlik Zahid Qaralovla söhbəti olmuşdu. Bildirmişdi ki, biz Azərbaycanda eynicinslilərin bir-biri ilə ailə qurmasına icazə verən qanunun qəbul edilməsini istəyirik və sair. Bunu eşidən kimi mərhum Zahid Qaralov ona sərt şəkildə cavab vermişdi".
 
 

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər