Gündəm

Hakimiyyətdə Ərdoğan yox, bir başqası olsaydı… – Bu ƏMR VERİLƏCƏKDİ
 
 
 
 
 
 
 
 

 
 
 

 
 
 

Terror və terrorçularla mübarizə "demokratiya sıxışdırılır” məntiqinə uyğun deyil.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, Türkiyədə demokratiya ilə bağlı suallar bəlkə də başqa sahələrdə yarana bilər:

"Bəzi dostlarımız Türkiyənin indiki hakimiyyətindən və prezidentindən xoşları gəlmir deyə 3 şəhərin bələdiyyə başçısının işlərindən uzaqlaşdırılmasını sərt təndiq edir və bunu demokratiyaya müdaxilə adlandırırlar. Türkiyə 1980-ci illərdən bu yana terror bəlasından qurtulmaq istəyir. Dünyanın ən demokrarik ölkəsində də terrorçulara maliyyə və texnik dəstək verən qurumun və ya rəsminin fəaliyyətini davam etdirməyə imkan verməzdilər. Demokratik yolla seçilmiş bələdiyyə başçısı hələ ona toxunulmazlıq hüququ vermir”.

E. Şahinoğlu işlərindən uzaqlaşdırılan bələdiyyə başçılarının terrorçulara dəstək verməsi ilə bağlı şübhələrə baxmayaraq, bələdiyyə seçkilərindən əvvəl onların namizədliklərinin qeydiyyata alınmasının səbəblərinə də aydınlıq gətirib:

"Bu sualın cavabı da sadədir. Çünki möhür almamışdan əvvəl onlar hələ bələdiyyə başçıları deyildilər və hələ bələdiyyə başçısı səviyyəsində terrorçulara dəstəyə göz yummamışdılar. Neqativ hallar onların bələdiyyə başçısı dönəmində qeydə alındı. Ona görə də vəzifələrindən uzaqlaşdırıldılar. Türkiyədə hakimiyyətdə Ərdoğan yox, bir başqası olsaydı və ona da bələdiyyə başçılarının terrorçu PKK ilə əlaqələr barədə məxfi məlumatlar çatdırılsaydı, o da daxili işlər nazirinə "bələdiyyələrlə bağlı tədbir görün” əmrini verəcəkdi. Buna şübhəm yoxdur. Əks halda gərək PKK-nın şəhərlərdə gücünün artmasına göz yumasan. Buna isə Türkiyədə özünə hörmət edən heç bir siyasətçi razılaşmaz”.

Politoloq vurğulayıb ki, Türkiyə Cumhuriyyət tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib:

"Türkiyə hazırda eyni zamanda 3 istiqamətdə terrorla mübarizə aparır. Birincisi, FETÖ üzvlərinin həbsləri davam edir, dövlət strukturları təmizlənir, Avropadakı uzantıları axtarışa verilib. İkincisi, Suriyada PKK-PYD qruplaşmasına qarşı aparılan əməliyyatlara biri də bu günlərdə əlavə olunacaq. Üçüncüsü, Türkiyə ordusu ayrıca İraqda PKK mövqelərini də bombalamaqda davam edir”.

E. Şahinoğlu bildirib ki, Diyarbəkir, Mardin və Van bələdiyyə başçıları vəzifələrindən uzaqlaşdırılması da bundan qaynaqlanır:

"PKK-nın Türkiyə daxilindəki siyasi uzantıları da neytrallaşdırılır. İşlərindən uzaqlaşdırılan bələdiyyələr bölgə insanının rihafına çalışmaq əvəzinə PKK-ya maliyyə və texnik dəstək saxlayırmış. Belə hallar keçmiş illərdə də olub. Türkiyə böyük və güclü dövlətdir. Lazım olsa, terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər. Şübhə etmirəm ki, Avropadan yenə həbslərlə bağlı "Türkiyədə insan haqları pozulur” səsləri eşidiləcək, ancaq Türkiyənin yolu bəllidir və bu səslər onu yolundan sapdırmayacaq”.

Politoloq Əhəd Məmmədli də məsələ ilə bağlı saytımıza danışıb.

Politoloq bildirib ki, Türkiyə unitar ölkədir:

"Heç kəs bu unitarlığı federal quruluşa çevirməyə cəhd etməsin. Rəsmi Ankaranın bu mövqeyi dəyişilməz olaraq qalır. 1984-cü ildə qurularaq Türkiyəyə qarşı muxtariyyət uğrunda "mübarizə” aparan PKK terror təşkilatına demokratiya pərdəsi altında gizlənməyə imkan vermək olmaz. Üç terrorçu bələdiyyə sədrini işdən alınması minimum görüləsi işdir. Çox yaxın zamanlarda onların həbs ediləcəyini və HDP-nin bir partiya olaraq ləğv olunacağına ümid edirəm. Ümümiyyətlə, PKK-ya bağlı partiyaların qurulmasına Türkiyədə qanunla imkan verilməməlidir. Dövlətçiliyə demokratiya belə təhlükədirsə, öncə hər bir təhlükə aradan qaldırılmalıdır. Dövlətçilik, ərazi bütövlüyü olmayan yerdə demokratiyanın bolluğunun heç bir mənası yoxdur”.

Ə. Məmmədli qeyd edib ki, Türkiyənin təhlükəsizliyi, ərazi bütövlüyü hər bir seçkinin də üzərindədir:

"Türkiyədə buna CHP etiraz edir, hətta öz dövlətini "faşizm”də suçlayır. Yaxşı olar ki, CHP-çilər HDP-li bələdiyyələrin iclaslarında Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı yerinə PKK-nın "himninin” səsləndirilməsinə etiraz edərdilər. 1984-cü il PKK qurulandan ona ən böyük zərbələr indiki dövrdə edilir. Bu zərbələr siyasi, iqtisadi, sosial, hərbi – hər sahədə vurulur. PKK məhvolma təhlükəsinə gəlib çıxıb. Bu prosesə nöqtə qoymaq lazımdır”. (redaktor.az)

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər