Siyasət

“Qarabağda müharibə riski artır” — Ekspertlərdən AÇIQLAMA
 
 
 
 
 
 

 
 
 
 

 
 
 
 
 
 

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhədin Qazax rayonundan keçən hissəsində sərhədçilərimizin yeni taktiki və strateji mövqelər tutduğunu, düşmənin aramsız atəşlərinə baxmayaraq bu mövqelərdə möhkəmləndiyini açıqlayıb. Bu haqda iki gün əvvəl KİV-lərdə yayılmış xəbərləri DSX-nin Aparat rəhbəri, general Elçin İbrahimov dünən jurnalistlərə təsdiqləyib.

Generalın bildirdiyinə görə bu mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki döyüş postlarına və postlara gedən yollarına daha yaxşı nəzarət etməyə imkan yaradıb.

E.İbrahimov detalları açıqlamasa da xəbərlərə görə DSX-nin "Qazax” diviziyasının bölmələri Babakər dağı istiqamətində irəliləyiblər və habelə Ermənistan ərazisində həmin istiqamətdən keçən əsas nəqliyyat arteriyalarına da nəzarət imkanı qazanıblar.

"Kavkazskiy Uzel” portalı Azərbaycan sərhədçilərinin Qazax istiqamtində irəliləməsi ilə bağlı rusiyalı hərbi ekspertlərin rəylərini soruşub. Rusiyalı ekspertlər və hərbi şərhçilər belə hesab edirlər ki, bu addım Ermənistanı Qarabağa dair danışıqları bərpa etməyə meylləndirməyə hesablanıb, amma sərhəddə mövqelərin irəli çəkilməsi münaqişənin eskalasiyasına da gətirib çıxara bilər.

"Qazax rayonunda toqquşmalar artıq baş verib, indiki manevrlər isə heç də yeni deyil”, hərbi ekspert Pavel Felgenhauer deyib.

Onun fikrincə, situasiya təhlükəlidir, münaqişə aktiv fazada olmasa da tüstülənməkdədir və hərbi əməliyyatlar tədricən Qarabağdan kənarda olan ərazilərə də yayılmaqdadır. Ekspert qeyd edir ki, yaxın zamanlarda münaqişənin eskalasiyasını gözləməyə dəyər. "Hazırda mənim mövqeyimə görə münaqişənin alovlanmasının qarşısını Rusiya alır”, Felgenhauer deyib.

Ekspert deyir ki, prezident İlham Əliyev hərbi uğurları nümayiş etdirməklə azərbaycanlıların patriotik əhval-ruhiyyəsindən ağılla istfadə edir: "Qarşıdurma illərində tərəflərin bir-birinə qarşı nifrəti artıb. Amma Azərbaycan tərəfdə bu nifrət daha amansız xarakter daşıyır”.

Rusiya zabitlərinin ekspert Şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev isə hesab edir ki, Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi Yerevanı Qarabağa dair real danışıqlara məcbur etməyə hesablanmış addımdır: "Azərbaycan ərazi mübahisəsinin olmadığı sahələrdə təhdid yaratmaqla Ermənistana təzyiq yolları tapmağa çalışır ki, onu güzəştə məcbur edə bilsin”.

Hərçənd rusiyalı hərbi ekspert deyəsən məlumatsızdır ki, Ermənistan ordusu həmin istiqamətdə də Azərbaycan ərazilərini -Qazaxın 6 kəndi hələ də işğal altında saxlayır.

Perenciyevə görə Yerevanın mövqeyi aydındır – o Qarabağı qaytarmayacaq və güzəştə getməyəcək: "Bununla bağlı olaraq Bakı nümayiş etdirir ki, Azərbaycan ərazilərini geri almağa qadirdir”.

Perenciyev qeyd edib ki, Qazax istiqamətində baş verənlər gərginliyi artıracaq, amma eskalasiyaya gətirib çıxarmayacaq.

Digər rusiyalı hərbi ekspert Aleksandr Qolts isə fərqli düşünür, deyir ki, sərhədçilərin irəliləməsi münaqişənin ciddi eskalasiyası üçün bəhanə ola və hərbi qarşıdurmanın yeni mərhələsini başlada bilər.

"Əlbətdə, təhlükə var. Bu kvazimünaqişələr üçün xarakterikdir, hansı ki, tərəflərdən  biri hərbi manevrlər başlayır və bununla da məzənnəni qaldırır. Sonra digər tərəf onu sakitləşdirmək istəyir, buna müvəffəq olmursa gərginlik qaçılmaz şəkildə artır”, Qolts deyib. (Virtualaz.org)


Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər